Dollar kreditlərinə kompensasiyanın hesablanması və ödənilməsi qaydası açıqlandı
2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin (cəmi 10 000 dollardan artıq olmamalıdır) hər 1 ABŞ dollarına 0,25 manat, 2015-ci il dekabrın 21-nə olan əsas kredit borcunun qalıq məbləğinin (cəmi 10 000 dollardan artıq olmamalıdır) hər 1 ABŞ dollarına 0,60 manat kompensasiya ödəniləcəkdir. Əgər hər iki tarixdə xarici valyutada əsas kredit borcu mövcud olmuşdursa, bu zaman hər iki tarixə hesablanmış kompensasiya məbləğləri cəmlənəcəkdir.
Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” hazırlanıb.
Həmçinin oxu: Problemli kreditlərin həlli ilə bağlı mexanizm və qayda açıqlandı
“Marja” xəbər verir ki, qaydalarda kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması qaydası göstərilib.
Qaydalara görə, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir:
1.2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır.
2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır.
Kompensasiya məbləği aşağıdakı qaydada hesablanacaqdır:
1-ci şərtdə nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:
1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır. Hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir.
2-ci şərtdə nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:
Fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;. Hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir.
2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə yuxarıda qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir.
Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır.
Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir.
KOMPENSASİYA BANKLARDA VƏ POÇTLARDA ÖDƏNİLƏCƏK
Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçiriləcəkdir.
Bank olmayan kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçiriləcəkdir.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
500 MANATDAN YUXARI KOMPENSASİYA KARTLA ÖDƏNİLƏCƏK
Banklar və poçt rabitəsinin milli operatoru 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini onlar tərəfindən emissiya edilmiş və kompensasiya veriləcək şəxsin adına olan ödəniş kartlarına köçürməklə həyata keçiriləcəkdir. Banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar banklar və poçt rabitəsinin milli operatoru tərəfindən pul köçürməsi (fiziki şəxsin adına bank hesabı açılmadan nağd pulun onun xeyrinə köçürülməsi əməliyyatı) yolu ilə veriləcəkdir.
Qaydaları ilə ətraflı buradan tanış olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












