Beynəlxalq Bank 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstək verdi
® “Bulvar Hoteldə” 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçirilib. ALPHA Coaching & Consulting şirkətinin təşkilatçılığı, Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə “İndi dəyişiklik zamanıdır” devizi altında təşkil olunan konfransa Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərib.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı bildirib ki, dünyanın qabaqcıl şirkətləri kouçinqdən geniş şəkildə istifadə edirlər: “Bu, qurumdaxili ab-havanın yaxşılaşdırılması, korporativ mədəniyyətin möhkəmləndirilməsi, əməkdaşların motivasiya və performanslarının yüksəldilməsi üçün dəyərli bir alətdir. Azərbaycan Beynəlxalq Bankının 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstəyi də bu tədbirin cəmiyyətimiz üçün əhəmiyyətindən, ölkəmizin biznes mühitinə müsbət faydalarından irəli gəlir”.
Tədbirin təşkilatçısı ALPHA Coaching & Consulting şirkətinin qurucusu, Beynəlxalq Kouçinq Federasiyasının assosiativ üzvü Fidan Əzimli bildirib ki, kouçinq – müasir iş dünyasının yüksələn trendidir: “O, müsbət dəyişikliklər və faydalı öyrənmə üçün əvəzsiz fürsətlər yaradır. 1-ci Bakı Kouçinq və Liderlik Konfransı da ölkəmizdə bu sahədə maraqlı bir ənənənin əsasını qoydu”.
Toplantıda Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan 300-dən çox mütəxəssis və idarəçi iştirak edib. 1-ci Bakı Kouçinq və Liderlik Konfransında BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Gestalt Kouçinq Məktəbinin qurucusu Dorozi Siminoviç, Avropa Mentorinq və Kouçinq Şurasının Prezidenti Rıza Kadılar, Beynəlxalq Kouç Federasiyasının regional direktoru Veronika Lisayt, PwC Azərbaycanın ölkə üzrə idareedici partnyoru Mövlan Paşayev, ICF Türkiyə ofisinin rəhbəri Fatma Eser Ömeroğlu, Six Seconds şirkətinin regional direktoru Ceyn Morrison, Adler Central Europe şirkətinin baş direktoru Ayşe Coral, “Forbes” jurnalının köşə yazarı Anna Mavriçeva, Qlobal Kouçinq Universitetinin prezidenti Alexandra Pritsker və b. tanınmış xarici və yerli kouçlar, liderlik üzrə mütəxəssislər maraqlı təqdimatlarla çıxış ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























