Türk Lirəsi yeni İslahat paketinə çox reaksiya vermədi
Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak yeni İslahat paketini açıqladı.
"Marja" xəbər verir ki, Albayrak Türkiyənin qarşısında 4.5 illik seçkisiz dövr olduğunu, gündəmin "iqtisadiyyatda islahatlar" olduğunu bildirib.
Albayrak islahatların başında maliyyə sektoru olduğunu bildirib. Nazir, "Ehtiyac olarsa özəl bankların sərmayələri artırılacak. Bankaların sərmayələrinin gücləndirilməsi strategiyası çərçivəsində ilk addımımız dövlət banklarının kapitalını möhkəmləndirmək olacaq" deyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Albayrak, digər bir addımın bankların aktivlərinin keyfiyyətinin artırılması olacağını deyib. Nazir "bankların aktivlərinin keyfiyyətləri daha yaxşı bir səviyyəyə qaldırılacaq",- deyib.
Nazir şirkətlərin müflis olmasının qarşısını almaq üçün qaydalar hazırlanacağını bildirib.
Albayrak, sığorta, pensiya sistemində və real sektorda struktur islahatları aparılacağını qeyd edib.
Albayrakın təqdimatından sonra Dollar/TL məzənnəsi çox dəyişməyib. Bakı vaxtı ilə saat 12:45-də Dollar/TL məzənnəsi 0,11% miniusda 5.6894 lirə səviyyəsində olub. Məzənnə bu günə 5.69 səviyyələrindən başlamışdı.
İstanbul seçkisinə dair qeyri-müəyyənlik, S400 məsələsi son dövrdə Türk Lirəsi üzərində təzyiqə səbəb olur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
15 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























