Rabobank: Fed 2020-də faiz azalda bilər
"Rabobank" bir hesabatında ABŞ-ın gələn il durğunluğa girəcəyini və Fed-in faiz azaldacağını bildirilib.
Niderlandın beynəlxalq maliyyə təşkilatı "Rabobank" son hesabatında, ABŞ Mərkəzi Bankının (Fed) hələ də iqtisadiyyatın yaxşı istiqamətdə olduğunu bildirsə də, ancaq qurum kimi 2020-ci ildə ABŞ-da durğunluq gözlədiklərini və buna bağlı olaraq faiz endirimi nəzərdə tutduqlarını bildirib.
"Marja" xəbər verir ki, Fed-in dünənki iclas protokollarında yer alan mesajları qurum belə şərh edib;
"Fed-in 19 - 20 Marta aid iclas protokolları, zəif inflyasiya təzyiqləri və iqtisadiyyata yönəlmiş risklərə görə Komitənin bu il üçün faiz artırımı proqnozlarını ikidən sıfıra endirdiyini göstərir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Fed üzvləri iqtisadi fəaliyyətdə davamlı inkişafın, güclü məşğulluq bazarı şəraitinin davam edəcəyi fikrini davam etdirir. Ancaq bəzi üzvlər iqtisadi inkişafın gələcək rüblərdə və qarşıdakı bir neçə ildə əvvəlki proqnozlardan daha aşağı olacağını düşünür. Digər tərəfdən, istehlakçı xərcləri və investisiyalarda ilk rübdəki zəif rəqəmlərin müvəqqəti olduğu nəzərdə tutulur.
Hər nə qədər Fed 2020-də hələ də faiz artırmağı nəzərdə tutsa da, biz bu susmağın faiz artırmağın sonu olduğunu düşünürük. Durğunluq ehtimalı modelimiz 2020-ci ilin yayında bir durğunluq olacağına işarə edir. Biz bu il ərzində federal maliyyələşmə faizinin dəyişməsini gözləmirik, 2020-də isə iqtisadiyyatın durğunluğa daxil olması ilə faiz endirimi olacağını proqnozlaşdırırıq".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
2 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
4 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
11 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi






















