Naxçıvan iqtisadiyyatında artım 1%-ə çatmadı
Naxçıvanda ümumi daxili məhsul istehsalı 2019-cu ilin yanvar-mart aylarında 535 milyon 968 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,8% çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artaraq 1174 manatı ötmüşdür.
Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,7 faiz təşkil etmişdir.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında sənaye məhsulu 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,4 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə xidmətləri 3,3 faiz artmışdır.
Xəbər verdiyimiz kimi, 2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-fevral ayları
SƏNAYE
2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada 246 milyon 510 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,2 faiz üstələmişdir. Sənaye məhsulu istehsalının 96,3 faizi malların, 3,7 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93 faiz təşkil etmişdir.
KƏND TƏSƏRRÜFATI
2019-cu ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 2,4 faiz çox, yəni 28 milyon 530 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. 2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6224,9 ton ət, 12833,8 ton süd istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 və 2,3 faiz çoxdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2019-cu ilin ilk rübündə muxtar respublikanın istehlak bazarında əhaliyə 352 milyon 356 min 800 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir.
2019-cu ilin ilk rübündə muxtar respublikanın xarici ticarət dövriyyəsi 65 milyon 956 min 200 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 53 milyon 423 min 900 ABŞ dollarını ixrac, 12 milyon 532 min 300 ABŞ dollarını idxal təşkil etmiş və 40 milyon 891 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
23 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
24 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb






.jpg)
.jpg)
















.jpg)

