"NIKOIL Bank" gücləndirilmiş iş rejiminə keçdi, iş saatlarını uzatdı
(®) 22 aprel 2019-cu il tarixindən etibarən, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Nikoil Bank tərəfindən fiziki şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlamışdır.
Fərmana əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq həmin kreditlərə hesablanmış faizlər silinəcək və məhkəmədə olan işləri geri çağırılacaqdır.
Problemli kreditlərlə bağlı kompensasiya ödənişi nəzərdə tutulan hər bir müştəriyə NIKOIL Bank tərəfindən, ödənişlərin veriləcəyi filial və tarix haqqında SMS bildiriş göndərilib.
Həmçinin qeyd etmək istərdik ki, Bank tərəfindən kompensasiya alan müştərilərin rahatlığını təmin etmək məqsədilə SMS məlumatdırılma xidməti yaradılıb. Müştərilər şəxsiyyət vəsiqələrin FİN kodunu SMS vasitəsi ilə 9981 qısa nömrəsinə göndərərək, kompensasiya alacaq vaxt və tarix haqqında məlumatı əldə edirlər.
Məsələ ilə bağlı daha operativ xidmət və müştəri məmnunluğunu təmin etmək üçün NIKOIL Bank gücləndirilmiş iş rejiminə keçərək, iş saatlarını 20:00-dək uzatdı.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Yuxarıda qeyd olunan Fərmanına əsasən bütün ödənişlər cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























