Azərbaycanda tikinti materiallarının istehsalı 15% azalıb
2016-cı ili yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 319,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,4% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 2 mln. 130,8 min ton sement (azalma 14,6%), 141,4 min ton tikinti gipsi (azalma 20,2%), 76 min 514,5 ton sement, süni daş və ya betondan tikinti blokları və kərpic (azalma 37,9%), 329,6 min ton asfalt (azalma 14,8%) istehsal olunub.
Bundan başqa, tikinti kərpicinin istehsalı 25,2% - 183,7 min kubmetr, hazır beton qarışığı istehsalı 55,8% - 387,6 min ton, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 38,2% - 7 min 23,1 tonadək azalıb.
Yanvar-noyabr aylarında 24,741 min ton tikinti əhəngi (artım 68%), 83,4 min kubmetr beton konstruksiya (artım 4 dəfə) istehsal edilib.
©“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb























