"Atasığorta"nın rəhbərliyi dəyişir
Xəbər verdiyimiz kimi, "Atasığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev vəzifəsini tərk edir.
Həmçinin oxu:“Atasığorta”nın sədrinin vəzifəsini tərk etdiyi bildirilir
Məlumata görə, M.Əliyev sabahdan əmək fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-də maliyyə direktoru kimi davam etdirəcək. Xatırladaq ki, o, 2012-ci ildən sığorta şirkətinə rəhbərlik edir.
"Atasığorta"nın yeni rəhbəri də sabah məlum olacaq. Bununla bağlı şirkətin səhmdarlarının növbədənkənar yığıncağının keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
"Atasığorta" ötən ili 7 milyon manatdan artıq zərərlə başa vurub. Bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası ona verilmiş lisenziyanın qüvvəsini müvəqqəti məhdudlaşdırmışdı.
2019-cu ilin 1-ci rübündə "AtaSığorta" ASC tərəfindən 5 milyon 374.5 min manat sığorta haqları toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,9% çoxdur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 43 d. əvvəl
-
55 d. əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
1 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
4 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Ən çox oxunanlar
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
2025-ci ildə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb

























