“Muğanbank”ın korporativ kreditlərində böyük artım
“Muğanbank” ASC 31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Uyğun Hazırlanmış Maliyyə Hesabatlarını dərc edib.
“Marja” hesabata istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə cəmi müştərilərə verilmiş kreditlər 5 milyon 666 min manat artaraq 342 milyon 318 min manata yüksəlib. Artım korporativ kreditlər ilə bağlıdır. Belə ki, ötən il korporativ kreditlər 40 milyon 306 min manat və ya 44% artaraq 131 milyon 424 min manata yüksəlib. 2017-ci ilin sonunda korporativ kreditlər 91 milyon 118 min manat təşkil etmişdi.
Fiziki şəxslərə verilmiş ipoteka kreditləri 3 milyon 766 min manat və ya 4% artaraq 99 milyon 229 milyon manata çatıb.
Fiziki şəxlərə verilmiş təqaüdçü krediti 22,5% azalaraq 74 milyon 334 min manata, istehlak kreditləri 1,5% azalaraq 25 milyon 807 min manata, avtomobil alışı üçün verilən kreditlər 37,2% azalaraq 2 milyon 962 min manata düşüb. Fiziki şəxslərə verilmiş sahibkarlıq kreditləri isə 25% azalaraq 67 milyon 525 min manata geriləyib. Korporativ və ipoteka kreditlərindəki artım bu azalmaları artıqlaması ilə bağlayıb.
Cəmi müştərilərə verilmiş kreditlərin 49.58%-ni və ya 169 milyon 737 min manatını istehlak kreditləri, 20.81%-ni və ya 71 milyon 250 min manatını ticarət və xidmət sektoruna verilmiş kreditlər, 11.17%-ni və ya 38 milyon 253 min manatını kənd təsərrüfatına verilmiş kreditlər, 9.76%-ni və ya 33 milyon 413 min manatını tikinti sektoruna verilmiş kreditlər, 8.68%-ni və ya 29 milyon 665 min manatını istehsal sektoruna verilən kreditlər təşkil edib.
"MuğanBank" ticarət və xidmətlər, kənd təsərrüfatı,tikinti və istehsal sektoruna verdiyi kreditlər artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
“Muğanbank” 2018-ci ildə müştərilərə verilmiş kreditlərə 40 milyon 574 min manat faiz hesablayıb. Bank 2017-ci ildə müştərilərə verilmiş kreditlərə 35 milyon 913 min manat faiz hesablamışdı.
GƏLİRLƏRİ ARTIB, ÖTƏN İLİ MƏNFƏƏTLƏ BAŞA VURUB
Maliyyə hesabatından məlum olur ki, “Muğanbank” ASC 2018-ci ili 1 milyon 36 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2017-ci ili 7 milyon 825 min manat zərər ilə bağlamışdı. Həmin il zərərin yaranmasının səbəbi ehtimal olunan kredit zərərləri üçün 20 milyon 977 min manatın ehtiyata ayrılması idi. “Muğanbank” 2018-ci ildə 5 dəfəyə yaxın az - 4 milyon 425 min manat ahtiyata ayırıb.
Ötən il “Muğanbank”ın cəmi faiz gəlirləri 8,7% artaraq 46 milyon 587 min manat, xarici valyuta əməliyyatları üzrə xalis gəlir 62% artaraq 1 milyon 479 min manat, haqq və komissiya gəlirləri isə 25,5% artaraq 12 milyon 147 min manat təşkil edib.
Ötən il “Muğanbank”ın cəmi faiz gəlirləri 8,7% artsa da, faiz xərclərinin daha çox - 59,2% artması diqqəti cəlib edir. Faiz xərcləri daha çox olduğundan illik müqayisədə xalis faiz gəliri azalıb.
BANK BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində “Muğanbank” 525 milyon 272 min manat cəmi aktivlərə malik olub, bu da 2017-ci ilin sonu ilə müqayisədə 12,5% çoxdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
23 d. əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
34 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 35 d. əvvəl
-
53 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
55 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
2 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Ən çox oxunanlar
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
























