“Unimetal”ın təşəbbüsü ilə ən böyük metal istehsalçılarının Bakıda konfransı keçirilib
(®) 17-cı dəfə keçirilən konfransın ilk dəfə Bakıda keçirilməsində təşəbbüskar şirkət olan “Unimetal” MMC, MDB ölkələrindən 100-dən artıq nümayəndəni şəhərimizdə toplamışdır.
Konfransda müxtəlif ölkələrin ən böyük metal istehsalçıları Maqnitorskiy MK, Severstal, MetinVest, Evraz Holdinq, Novolipetsk MK, АММЕТ, Metal Ekspert, TMK, Arcellor Mittal və s. bir araya gələrək yeni istehsal xətlərini, istehsal həcmlərini müzakirə etmişlər.
Rusiya bazarına olan tələb və təkliflər dəyərləndirilmiş, qiymətlərin dinamikası proqnozlaşdırılmışdır. Rusiya bazarında metal prokatın istehsalı üzrə yeni güclərin işə salınması haqqında fikir mübadiləsi aparılmışdır. 2019-ci ilin ikinci yarısı üçün olan gözləntilər və planlar haqqında danışılmışdır. Emalın dərinləşməsi, riskli investisiyalar və ya ticarətin effektivliyinin artırılması mövzularına da toxunulmuşdur. Çin, Rusiya, ABŞ kimi ölkələrin dəstəyi ilə 3-4 İyun tarixində Bakıda “Yastı Prokat və Boru üzrə Beynəlxalq metallurgiya bazarında qiymət amilinə təsirindən geniş danışılan konfransda bir çox mövzuda fikir mübadilələri aparılmışdır.
MDB ölkələri arasındakı əməkdaşlığın istehsalçı və istehlakçıların xeyirinə olduğuna vurğu edilərək əməkdaşlıq müqavilələri imzalanmışdır. “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov konfrans zamanı çıxış edərkən şirkətin istehsal müəssisələri, zavodları haqqında danışıb, ölkədə sənayenin inkişafı üçün atılan yeni addımları vurğulayıb, polimer örtüklü dəmir istehsalı zavodu “Prometal” MMC haqqında da iştirakçıları məlumatlandırıb.
Azərbaycanın metal məhsulları haqqında kifayət qədər informasiya toplayan qonaq təmsilçilərlə yerli təmsilçimiz arasında müqavilələr imzalanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























