PAŞA Bankın sponsorluğu ilə “Main Tech” forumu keçirilib
(®) Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bankın sponsorluğu ilə 3 iyun tarixində Bakıda "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" ("Main Tech") forumu keçirilib.
Tədbirin əsas məqsədi ölkədə hazırlanan innovativ və texnoloji məhsul və xidmətləri geniş auditoriyaya təqdim etmək və ixracına dəstək olmaqdır. Bu forumda dövlət qurumları və beynəlxalq təşkilatlar ilə yanaşı özəl sektorun və startap şirkətlərin nümayəndələri də iştirak etmişdir.
PAŞA Bank adından tədbirinin spikeri qismində Bankın Rəqəmsal məhsullar üzrə rəhbəri Səbinə Qurbanova çıxış edib:
“2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyamız çərçivəsində rəqəmsal məhsul və xidmətlərin yaradılmasının bütün mərhələləri Müştərinin proaktiv iştirakı ilə həyata keçirilir, müştərilərdən alınan fikir və rəylər əsasında məhsul yekun vəziyyətə çatdırılır. Onu da qeyd edim ki, ilkin mərhələlərdə Rəqəmsallaşdırma ilə bağlı layihələrə beynəlxalq ekspertlər cəlb edilirdisə, bu ildən etibarən Rəqəmsal laboratoriyada bütün məhsullar yerli kadrların köməyi ilə ərsəyə gətirilir. İnanırıq ki, bu yanaşma yerli bazada da bu sahədə insan resurslarının potensialının gücləndirilməsi işinə öz töhfəsini verəcək”.
Bu sahədə hansı əlavə tədbirlərin görülməsinin labüd olması sualına cavab olaraq xanım Qurbanova bildirmişdir: “Finteklərin davamlı inkişafını təmin etmək üçün ölkə səviyyəsində tənzimləyici “sandbox”-un yaradılması məqsədəuyğun olardı. Bu sandbox finteklərə məhsulu bazara çıxarmamışdan öncə tənzimləyici ilə sınaqdan keçirmək imkanı verəcək və bazarın ümumi inkişafına gətirib çıxaracaq”.
Tədbir əsnasında ölkəmizdə yaradılmış texnologiyaların ixrac perspektivləri və ölkədaxili innovativ biznes ekosistemlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Ekspertlər innovasiya həllərinin ixracı sahəsindəki qlobal təcrübə, ölkə daxilində özəl və dövlət sektoru tərəfindən yaradılan məhsul və xidmətlərin təşviqi və digər aktual məsələləri müzakirə etdilər.
Qeyd edək ki, “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” forumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























