Sığorta pullarının 80 faizə yaxını 5 şirkətin kassasına daxil olur
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda toplanılmış 265 milyon 297 min manat sığorta haqqının 203 milyon 911 min manatı və yaxud 76,9%-i 5 sığorta şirkətinin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (74 milyon 597 min manat), "PAŞA Sığorta" (71 milyon 970 min manat), "Azərsığorta" (33, milyon 1 min manat), "Atəşgah Həyat Sığorta" (12 milyon 370 min manat) və "Atəşgah Sığorta" (11 milyon 964 manat) ASC-lərdir.
4 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (128 min manat), "Amrah Sığorta" (138 min manat), "Bakı Sığorta" (298 min manat) və "Rəvan Sığorta" (818 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,382 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,5%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin ümumi yığımları isə 60 milyon 4 min manat (22,6%) təşkil edib.
Ödənişlərin 70%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyata keçirilmiş 66 milyon 651 min manat sığorta ödənişinin 46 milyon 936 min manatı və yaxud 70,4%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (17 milyon 620 min manat), "PAŞA Sığorta" (14 milyon 676 min manat), "Atəşgah Sığorta" (6 milyon 427 min manat), "Atasığorta" (4 milyon 934 min manat) və "Azərsığorta"dır (4 milyon 279 min manat).
4 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (1 min manat), "Bakı Sığorta" (40 min manat), "İpək Yolu Sığorta" (53 min manat) və "Amrah Sığorta" (62 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 156 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,25%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 19 milyon 559 milyon manat (29,35%) təşkil edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
17 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)





