Azərbaycan Trans-Sibir dəmir yolu xəttinə qoşulacaq
Rusiya Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılma məqsədi ilə yük daşımalarının, o cümlədən konteyner daşımalarının bir hissəsini Trans-Sibir dəmir yolu xəttinə keçirməyi planlaşdırır.
Bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin RİA "Novosti"yə müsahibəsində bildirib.
"Bu layihə reallaşdırılır. O, Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı razılığa əsasən həyata keçirilir. Söhbət axının bir hissəsini Trans-Sibir magistralı üzrə Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya yönəltməyə imkan verəcək iki müxtəlif enlikli (1435 və 1520 mm) dəmir yolu xəttindən gedir", - A.Mişarin deyib.
Xatırladaq ki, 2017-ci ilin sonundan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşınması həyata keçirilir. İlkin mərhələdə bu marşrut üzrə yük daşımalarının həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, eləcə də 1 milyona yaxın sərnişin daşınacaq.
BTQ Çindən gələn malların Avropaya çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. May ayında Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Tərəflər dəmir yolu sektorunda, milli dəmiryol şirkətlərinin nəqliyyat və tranzit potensialının inkişafı üzrə kompleks əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə ediblər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
3 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti














.jpg)






