Hesab.az tezliklə istifadəçilərini sevindirəcək!
(®) Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Hesab.az portalı gün keçdikcə öz yenilikləri ilə istifadəçilərinin günlük həyatdakı işlərini, qayğılarını azaltmağa və onlara yaşam rahatlığı təmin etməyə davam edir. Hesab.az istifadəyə verildiyi gündən bu günə kimi funksiyalarının rahatlığı və funksionallığı ilə rəğbət qazanmışdır.
Artıq 450 mindən çox qeydiyyatlı istifadəçi Hesab.az saytının üstünlüklərindən yararlanır. Hər ay minlərlə yeni istifadəçi Hesab.az saytında qeydiyyatdan keçir. Buna Hesab.az-ın il ərzində təqdim etdikləri funksional yenilikləri, həmçinin də həyata keçirilən kampaniyalar səbəb olur. Yüksək xidmət göstəriciləri sayəsində istifadəçilərdən olduqca müsbət rəylər gəlir və məmnuniyyət səviyyəsi yüksəlir.
Mobil tətbiq vasitəsiylə hərzaman və hər yerdə dəqiqələr hətta saniyələr içində ödənişlərinizi həyata keçirə bilərsiniz. Bunun üçün sadəcə istifadəçilər mobil tətbiqi App Store və Play Store -dan yükləyə bilərlər. Xüsusiylə də mobil tətbiq yolda, səyahətdə, kompüterin sizinlə olmadığı yerlərdə sizə daha çox yardımçı olacaq. Beləliklə də ödəmələriniz zamanı əlavə vaxt itkisinə ehtiyac olmadan sizə ən yaxın və əlçatan vasitədən yəni, mobil telefonunuzdan istifadə edərək təhlükəsiz şəkildə ödəyəcəksiniz.
Bu yaxınlarda Hesab.az QR barkod ilə ödənişin tətbiqinə ilkin olaraq parkinq ödənişi ilə başladılar. Belə ki, Hesab.az mobil təbiqində Ana səhifədə “Parkinq ödənişləri” bölməsinə daxil olaraq QR kod ilə istənilən bank kartı vasitəsiylə anında Gənclik Mall, 28 Mall, Port Baku, Garage Parking-da həyata keçirə biləcəksiniz. Komissiyasız ödəniş edərkən eyni zamanda bonuslar da qazanacaqsınız.
Eyni zamanda Paşa sığorta və Atəşgah sığortadan icbari avtomobil sığortanızı növbələrdə gözləmədən bir neçə dəqiqə ərzində ala bilirsiniz. Onlayn bilet alışı xidməti ilə biletləri öncədən rahat şəkildə almaq imkanınız vardır.Müxtəlif xidmətlərin əlavə olunması ilə yanaşı avtomatik ödəmə təlimatı da istifadəçilərin rahatlığını təmin edən funksiyalardan biri oldu. Müxtəlif qazandıran kampaniyalar, müsabiqələr istifadəçilərin olduqca böyük marağına səbəb olur. İyun ayı ərzində də kampaniyalar davam edəcək və istifadəçilərə müxtəlif hədiyyələr qazandıracaq.
Onlayn alış-veriş portalı kimi fəaliyyət göstərə bilmək, QR barkod ilə ödəniləcək xidmətlərin sayının artması, funsionallıqlarda dəyişikliklər, yeni xidmətlərin əlavə olunması kimi bir çox yeniliklər ilə Hesab.az tezliklə istifadəçilərini sevindirəcək. Daha geniş əhatəli xidmət göstəməyə çalışan Hesab.az komandası dayanmadan yeniliklər planlayır və fəaliyyət göstərdiyi bazarda ilk tətbiq edən olmağa çalışır.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
-
- 14 d. əvvəl
- 21 d. əvvəl
- 30 d. əvvəl
- 34 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
Dövlət KSM-i: strateji funksiyadan ictimai etimada qədər
"Biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir"
Azərbaycana çay idxalı 23% azalıb
Ən çox oxunanlar
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"






.jpg)








.jpg)






