Qlobal sərvət 206 trilyon dollara çatıb
2018-ci ildə insanların malik olduğu sərvət 1,6 faiz artaraq təxminən 206 trilyon dollara çatıb. Ötən ilki artım son 5 ildəki ən aşağı artım olub. 2018-də ən çox sərvət artımı 8,9 faiz ilə Afrikada baş verib.
"Marja" xəbər verir ki, "The Boston Consulting Group"un (BCG) Qlobal Sərvət Hesabatına (Global Wealth Report 2019) görə, 2017-ci ildə 202,7 trilyon dollar olan qlobal sərvət 2018-ci ildə 1,6 faiz artaraq 205,9 trilyon dollara yüksəlib. 2017-ci ildə qlobal sərvət 7,5 faiz artmışdı.
SON 5 İLDƏKİ ƏN AŞAĞI ARTIM
Hesabatda, sözügedən artımın son 5 ildəki ən aşağı artım olduğu vurğulanıb, birjalardakı dalğalanmaların yüksək sərvətə malik fərdlərə mənfi təsir etdiyi və qazancı zəiflətdiyi qeyd edilib.
2013-cü ildə qlobal sərvət 159,1 trilyon dollar olaraq açıqlanmışdı.
Şimali Amerikada 2018-də insanların malik olduğu maliyyə aktivləri 0,4 faiz, Yaponiyada isə 1,3 faiz azalıb.
MİLYONÇULARIN SAYI ARTIB
Keçən il milyonerlərin sayı 2,1 faiz artımla 22,1 milyona yüksəlib. Milyonerlər qlobal sərvətin təxminən 50%-nə sahibdirlər.
2018-də ən çox sərvət artımı 8,9 faiz ilə Afrikada qeydə alınıb.Bu nisbət Asiyada 7,1% olaraq reallaşıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
BCG, qlobal sərvətin 2023-cü ildə 272 trilyon dollara çatmasını, milyonerlərin sayının da 27,6 milyona qalxmasını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

















.jpg)






