Azərbaycan Mərkəzi Bankından faiz qərarı
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin növbəti iclası keçirilib.
"Marja" bu barədə AMB-yə istinadən xəbər verir.
"Makroiqtisadi sferada müşahidə olunan ilkin müsbət trendləri və formalaşan yeni gözləntiləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz (15%) saxlanması barədə yekdil qərar qəbul edib", - deyə məlumatda qeyd olunub.
10 mart 2017-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilmişdir. İclasda son makroiqtisadi proseslər, inflyasiyaya təsir edən amillər, bu amillərin idarə olunması üçün görülən tədbirlər və pul siyasətinin reallaşmasının gedişatı müzakirə olunmuşdur.
Müzakirələrdə cari ilin ötən dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neftin qiymətinin artması, orta aylıq qeyri-neft idxalının əvvəlki ilin son rübünün orta aylıq göstəricilərinə nəzərən azalması və nəticədə tədiyə balansının cari hesabında tarazlaşma meyillərinin başlaması makroiqtisadi sabitliyə müsbət təsir edən amil kimi qeyd olunmuşdur.
Makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər, o cümlədən Maliyyə Sabitliyi Şurasının təsdiq etdiyi tədbirlər planının icrası da müsbət nəticələr verir. Qəbul edilmiş pul proqramına uyğun olaraq pul kütləsinin effektiv idarə olunması, pul və fiskal siyasətlərin sıx əlaqələndirilməsi, valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş kompleks tədbirlər inflyasiya risklərinin çevik tənzimlənməsinə imkan vermişdir. Mərkəzi Bankın genişmiqyaslı sterilizasiya əməliyyatları pul siyasətinin yeni lövbəri olan pul bazasının həcmini optimallaşdırmışdır.
Görülən tədbirlər və müşahidə edilən müsbət proseslər daha çevik məzənnə rejiminə keçid üçün əlverişli şərait yaratmışdır. Mərkəzi Bank məzənnə rejiminin çevikliyini artırmaq istiqamətində bir sıra qərarlar qəbul etmişdir. Yeni valyuta hərracı mexanizminin tətbiqi, xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limitin aradan götürülməsi valyuta bazarına tarazlaşdırıcı təsir göstərmişdir. Cari ilin ötən dövründə milli valyutanın bir qədər möhkəmlənməsi trendi müşahidə olunmuşdur ki, bu da inflyasiya gözləntilərinin yaxşılaşmasını şərtləndirmişdir.
Qeyd olunan proseslər fonunda 2017-ci ilin fevral ayında əvvəlki aya nisbətən inflyasiya templərinin azalması müşahidə olunmuşdur.
Qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsinin tətbiqinin effektivliyindən, tədiyə balansında və valyuta bazarında müsbət trendlərin davam etməsindən asılı olaraq cari ilin sonuna birrəqəmli inflyasiya səviyyəsinə nail olmaq imkanları yaranmışdır.
Makroiqtisadi sferada müşahidə olunan ilkin müsbət trendləri və formalaşan yeni gözləntiləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə yekdil qərar qəbul etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















