“DAD” süd məhsulları anti-sanitar şəraitdə istehsal edilirmiş - FOTOLAR
Sabunçuda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırıldı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsində antisanitar şəraitdə süd və süd məhsullarının istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan məlumat əsasında AQTA əməkdaşları sözügedən ərazidə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb.
Agentlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, fiziki şəxs Məmmədov Ağaverdi Əliəşrəf oğluna məxsus sexdə süd məhsullarının istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.
Məlum olub ki, qəbul olunan xammal açıq havada - günəş şüalarının altında saxlanılır və istehsal sahəsinə daşınan zaman temperatur rejimi və daşınma qaydalarına əməl olunmur.
Müəssisədə xammal qəbul olunan və süd məhsulları qablaşdırılan emal sahəsində anti-sanitar şəraitin hökm sürdüyü müəyyən edilib.
Baxış zamanı istehsal üçün nəzərdə tutulmuş süd məhsullarının plastik vedrələrə yığıldığı və sanitar normalara uyğun olmayan şəraitdə saxlanıldığı məlum olub.
Yoxlama zamanı məhsulların istehsalında qanunsuz olaraq bitki tərkibli qarışıq yağlardan, süd yağı əvəzedicisindən, eyni zamanda “Pimalac” antibiotikindən istifadə edildiyi aşkarlanıb.
Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin yaydığı fotolarda görünür ki, sexdə məhsullar “DAD” markası ilə istehsal olunub.
Vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)




