“Gilan Holding”dən KİV nümayəndələri üçün təlim
® “Əkinçi” qəzetinin nəşrindən bu günə kimi dilimizin zənginliyini bütün dünyaya bəyan edən, Azərbaycanın böyük sərvəti və dəyəri olan milli mətbuatımız, fəaliyyətinin 144 illiyini qeyd etməyə hazırlaşır.
Ölkədə müxtəlif uğurlu layihələrin həyata keçirilməsində dəstək göstərən “Gilan Holding”, proaktiv və öz işini sevən KİV nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş “Breaking News!” Media Weekend 2019 adlı təlim proqramını təşkil edəcək.
Təlimin aparıcısı beynəlxalq media üzrə ekspert və konsultant Fil Vordman olacaq.
O, “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” media qurumlarında 30 ildən çox müxtəlif rəhbər vəzifələrində çalışaraq, dünya səviyyəsində tədbirlərin planlaşdırılmasını və işıqlandırılmasını həyata keçirib. Bir çox ölkələrdə peşəkar media təlimləri keçirən Fil Vordman, “Gilan Holding”-in dəvəti ilə ilk dəfə Azərbaycan jurnalistləri ilə öz təcrübəsini bölüşəcək.
20 və 21 iyul tarixlərində, “Pullman” otelində baş tutacaq təlimdə dünya səviyyəsində irimiqyaslı tədbirlərin, biznes və iqtisadiyyat xəbərlərinin işıqlandırılması, məlumatların yoxlanılmasında tətbiq olunan alətlər, mediada rəqəmsal texnologiyaların istifadəsi üzrə ən son həllər müzakirə olunacaq. Bundan əlavə, müxtəlif tipli xəbərlərin ən effektiv formada yayımlanması, həmçinin aktual hadisələr barədə daima xəbərdar olmağın sirləri və digər maraqlı yeniliklər Fil Vordmanın təqdimatında açıqlanacaq.
Tədbir barədə ətraflı məlumat və qeydiyyat üçün keçid:media.gilanholding.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























