Xaricdən mal idxal edən şirkətlərə müjdə - CƏRİMƏLƏNMƏK EHTİMALI AZALACAQ
Mərkəzi Bankın İdarə heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bunu “Marja”ya Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Bir sıra investiya mallarının (məsələn avadanlıqların) istehsalı 270 gündən artıq müddətə davam edir. Təklif edilir ki, ölkəyə gətirilməsi avans ödənişi günündən 270 gündən çox çəkən bəzi mallara görə İqtisadiyyat Nazirliyindən xüsusi icazə alınsın. İdxalçı şirkət müqaviləsini İqtisadiyyat Nazirliyinə təqdim edəcək. Müqavilədə məhsulun istehsal müddəti göstərilməlidir. İqtisadiyyat Nazirliyi də bu barədə banklara məlumat göndərəcəkdir və mal 270 gündən gec idxal olunduğuna görə şirkət cərimələnməyəcək. Qalan hallar üçün 270 gün müddəti saxlanılacaqdır”.
Elman Rüstəmov qeyd etdi ki, idxalçılar xırda məbləğlərə görə cərimələnməyəcəklər. Bu barədə qaydlara dəyişiklik təklif edilib və Mərkəzi Bank bu dəyişikliyə də öz razılığını verib.
Hazırda qüvvədə olan Qaydalara görə, ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş avans məbləği geri qaytarılmalıdır. Əks halda banklar sənədləri Palataya təqdim edir və yekunda idxalçı cərimələnir.
Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən, məhkəmə, “avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına” görə idxalçı şəxsi cərimələyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 saat sonra
- 34 d. əvvəl
-
- 55 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb




.jpg)










.jpg)






