Ən yuxarı (mobil)_30

"Citibank" Azərbaycan bazarını tərk edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Citibank" Azərbaycan bazarını tərk edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Citibank Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edib. 

 

"Marja" nümayəndəliyin elanına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153, "Port Baku" Biznes Mərkəzi Cənub Qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

 

"Citibank" Türkiyədə "Citibank A.Ş." adı ilə fəaliyyət göstərir. Azərbaycandakı nümayəndəlik "Citibank A.Ş."yə bağlı idi.

 

Türkiyənin "Citibank Anonim Şirkəti" Azərbaycanda nümayəndəliyi 2008-ci ildə açmışdı."Citibank Anonim Şirkəti"nin məqsədi "Citibank"ın qlobal təcrübə və məhsullarını təqdim etməkdir.

 

"Citibank", ABŞ-ın "Citigroup" maliyyə xidmətləri şirkətinin bir hissəsidir.  

29.07.2019 14:52
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar