“Azərxalça”nın İsmayıllı rayonunda daha bir filialı fəaliyyətə başlayıb
Dövlət başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, ötən ilin sonlarında İsmayıllıda "Azərxalça"nın yeni filial binasının tikintisinə başlanılıb və tikinti-quraşdırma işləri qısa müddət ərzində başa çatdırılıb. Artıq filial fəaliyyətə başlayıb.
Qeyd edək ki, respublikamızın bölgələrində xalça istehsalı emalatxanalarının yaradılmasına paralel olaraq, kadr hazırlığına da ciddi diqqət yetirilir. Toxucu kadrların hazırlanması üçün "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edir. Tədris-hazırlıq kurslarını bitirənlər sertifikat alaraq Cəmiyyətin filiallarında işlə təmin edilirlər. İsmayıllıda yaradılan yeni xalça istehsalı emalatxanası üçün də tədris-hazırlıq kursu təşkil olunub. Kursa 150 nəfərdən çox toxucu cəlb edilib. İlkin mərhələdə onlardan 50 nəfəri işə götürülüb.
Filialın direktoru Dilşad Hüseynova deyir ki, İsmayıllı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. İsmayıllıda fəaliyyətə başlayan bu filialda fəaliyyət göstərən toxucular bu ənənələri davam etdirəcək, unudulmaqda olan qədim çeşnilərimizi toxuyaraq xalçaçılığın yaşadılmasına öz töhfələrini verəcəklər.
Filialda işləyən toxucuların əksəriyyəti İsmayıllı şəhərinin və Qalacıq kəndinin sakinləridir.
Yüksək keyfiyyətlə inşa olunan filial binasında emalatxana, yeməkxana, tibb otağı, konfrans zalı, inzibati otaqlar işçilərin istifadəsinə verilib. Burada qonaq otağı da yaradılıb.
Binada təhlükəsizlik tədbirlərinin də ən müasir tələblər səviyyəsində həyata keçirilməsi nəzərə alınıb, videonəzarət sistemi quraşdırılıb.
Binanın həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Xatırladaq ki, İsmayıllı rayonunda “Azərxalça”nın ilk filialı 2017-ci ildə fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 37 d. əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı






















