Azercell Eksklüziv indi Goranboyda
® “Azercell Telekom” MMC Goranboy şəhərində yeni Eksklüziv mağazasını istifadəyə təqdim edib
Abunəçilərinə ən qabaqçıl müştəri təcrübəsi yaşatmağı hədəfləyən ölkənin telekommunikasiya bazarının lideri “Azercell Telekom” MMC yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirməyə davam edir.
Bu dəfə Azercell Goranboy şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən yeni Eksklüziv mağazasını abunəçilərinin istifadəsinə təqdim edib. Bu münasibətlə əlaqədar şirkət yeni mağazanın müştərilərini xüsusi kampaniya ilə sevindirir.
Belə ki, avqust ayının 27-dən etibarən 7 gün ərzində, Goranboy Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN-dək hədiyyə balansı əldə edəcək.
Azercell-in yeni Eksklüziv mağazası ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib.
Bu mağazalarda abunəçilər ən son texnoloji yenilikləri dəstəkləyən məhsulları sınaqdan keçirə və müqayisə edə bilərlər. Peşəkar satıcılar müştərilərə düzgün seçim etmək, xidmətləri aktivləşdirmək və digər məsələlərdə yardım edir. Həmçinin mağazada mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar, kredit və ya nağd şəkildə mobil telefonlar əldə etmək mümkündür.
Goranboy Eksklüziv mağazası, Bazar ertəsi – Şənbə 09:00 – 20:00 (fasiləsiz), Bazar günü 09:00 – 19:00 (fasiləsiz) abunəçilərə xidmət göstərir. Beləliklə, ölkə boyunca artıq 23 Azercell Eksklüziv mağazası fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)







