"Bu günədək idarəetmədən 6,2 milyard dollar qazanmışıq"
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradıldığı gündən bu günədək idarəetmədən gəlirləri 6,2 mlrd dollar təşkil edib.
Bunu Bakıda ARDNF-in təşkilatçılığı ilə keçirilən investisiyalara həsr edilmiş “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” konfransı çərçivəsində Fondun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib.
O qeyd edib ki, ARDNF-in aktivlərinin həcmi təxminən 42,5 mlrd dollara yaxınlaşır.
“Dövlət Neft Fondu çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başladı, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirildi. Biz gələcəkdə də riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Burada sabit gəlirli qiymətli kağızların azaldılması və səhmlərin portfeldə artırılmasından söhbət gedir. Bu istiqamətdə daim düşünürük və bu barədə müvafiq təkliflər veriləcək”,- Ş.Mövsümov əlavə edib.
Fondun icraçı direktoru bu gün keçirilən tədbir barədə də məlumat verərək bildirib ki, ARDNF-in yaradılmasının 20 illiyi münasibətilə keçirilən bu tədbir böyük töhfədir. O qeyd edib ki, konfransda investisiyaların inkişafa müsbət təsirindən söhbət açılacaq və konfrans bu sahənin inkişafında böyük rol oynayacaq.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)


.jpg)



