Azərbaycan nəqliyyat habına çevrilir - RƏYLƏR
Azərbaycan sürətlə nəqliyyat habına çevrilməkdədir. Bu da səbəbsiz deyil. Ölkəmizin coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı olmağa, hətta bu dəhlizlərin təşviq edilməsində həlledici rol oynamağa imkan verir. Bu baxımdan son illər Azərbaycanın dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi xüsusi qeyd olunmalıdır. Son nəticədə ölkəmiz Şimal-Cənub, Şərq-Qərb, "Transxəzər", "Bir kəmər, bir yol" kimi beynəlxalq nəqliyyat dəhlizlərinin aparıcı üzvünə çevrilib. Azərbaycan qeyd olunan dəhlizlərin əksəriyyətinin reallaşdırılmasında təşəbbüskar qismində çıxış edib.
Azərbaycanın bu dəhlizlərin aparıcı üzvünə çevrilməsi ölkəyə əlavə dividendlər qazandırır. Regionda ölkənin iqtisadi çəkisini artırmaqla yanaşı, siyasi nüfuzuna da təsir göstərir.
Xatırladaq ki, Şimal-Cənub dəhlizinin əsası 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Azərbaycan həmin sənədə 2005-ci ildə qoşulub. Ümumilikdə, sazişi adları çəkilən 4 ölkə ilə yanaşı, daha 9 ölkə - Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman, Tacikistan, Türkiyə və Ukrayna təsdiqləyib.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya (Skandinaviya ölkələrinə) gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir). Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə isə 15 milyon tondur.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Xəzər dənizinin Şərq və Qərb sahillərini, eləcə də içi ilə yükdaşınmasını nəzərdə tutur. Hazırda yükdaşımalar əsasən Qərb sahilində, İran, Azərbaycan və Rusiya ərazisi üzərindən həyata keçirilir.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Şimal-Cənub dəhlizini əvəzsiz layihə hesab etdiyini bildirib: "Bu dəhliz İran və Azərbaycana, ümumilikdə, bütün regiona xeyir gətirir. Ölkələrimiz onun əhəmiyyətini bilir və odur ki, İran və Azərbaycan prezidentləri dəhliz üçün lazımi infrastrukturun yaradılması istiqamətində göstərişlər verib. Dəhliz tam işə düşdükdən sonra Avropaya daha çox yük daşınacaq. Odur ki, Azərbaycan və İran dəhlizin inkişafında maraqlıdır. Bu dəhliz həm də iki ölkənin iqtisadi münasibətlərini inkişaf etdirir".
Şimal-Cənub dəhlizindən faydalanacaq Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib ki, ölkəmizin mövqeyi Şərqi Avropa və Mərkəzi Asiya regionlarını birləşdirməyə imkan verir: "Odur ki, Azərbaycan logistika baxımından bizim üçün mühüm rol oynayır. Almaniya ATƏT çərçivəsində "Yaşıl liman" layihəsini də dəstəkləyir və bu layihə regional əlaqənin vacib hissəsidir. Biz ATƏT-lə bu layihənin inkişafı istiqamətində sıx çalışırıq".
Şimal-Cənub dəhlizində marağı olan İndoneziyanın isə Azərbaycandakı səfiri Hüsnan Bey Fənani açıqlamasında Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın Avropa ilə Asiyanın mərkəzində yerləşdiyini söyləyib: "Bu ölkədə həm Avropa, həm də Asiya, o cümlədən Orta Şərq xalqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın iştirakıçısı olduğu Bakı-Tbilisi-Qars dəmir yolu xətti də region üçün vacibdir. Bu dəmir yolunun həm iqtisadi, həm də sosial əhəmiyyəti var, çünki xalqlar arasında əlaqə yaradır".

Azərbaycanın nəqliyyat habına çevrilməsində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yanaşı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun da rolu var. Uzunluğu 3500 km olan bu marşrut Azərbaycanı Qazaxıstanın Çinlə sərhədində yerləşən Dostık şəhəri ilə birləşdirir. O, əsasən, dəmir yolundan ibarətdir və Xəzər dənizinin bərə ilə keçilməsini nəzərdə tutur. Dəhliz yükdaşımanı ən tez həyata keçirən quru yoludur və Çin mallarının Avropaya 20 günə çatdırılmasına imkan verir.
Bu səbəbdən Azərbaycanın dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi, "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq standartlara uyğun şirkət kimi yenidən qurulması istiqamətində görülən işlər böyük əhəmiyyət daşıyır. Bu əhəmiyyət isə Azərbaycan dəmir yollarının beynəlxalq dəhlizlərin reallaşmasında zəncirin mühüm və hərəkətverici halqasına çevirir.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları marşruta qoşulub. Marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə daşınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 4 saat əvvəl
-
6 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
6 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
7 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
7 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
7 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
7 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"



























