Palatadan investorlar üçün “Risk məlumatlandırma sənədi”- TANIŞ OLUB İMZALAYACAQLAR
Xəbər verdiymiz kimi, Maliyyə Bazarlarına Nəzarət Paltası “Marja ticarətinə dair Qaydalar”ın təsdiq edib.
“Marja”nın məlumatına görə, qaydalarda marja ticarətinə dair investisiya şirkətləri üçün tələblər müəyyən edilib.
Qaydalara görə, maraqlar münaqişəsinin qarşısının alınması məqsədilə investisiya şirkəti marja ticarəti xidməti göstərdiyi müştərisinə həmin xidmət üzrə investisiya məsləhətlərinin verilməsi xidmətini göstərə bilməz.
Digər bir tləbə görə, investisiya şirkəti müştərilərini marja ticarəti ilə bağlı risklər barədə məlumatlandırmalıdır. Qaydalar ilə bərabər “Risk məlumatlandırma sənədi” mətni də təsdiq edilib. Bu mətn müqavilə ilə birgə mütəriyə təqdim ediləcək və müvafiq hissəni imzalamaqla marja ticarəti üzrə Risk məlumatlandırma sənədi ilə tanış olduğunu təsdiq edəcəkdir.
“ZƏRƏRƏ DƏ MƏRUZ QALA BİLƏRSİNİZ”
Marja ticarəti üzrə investisiya xidmətinin göstərilməsinə dair investisiya şirkəti ilə bağlanacaq müqavilədən əlavə olaraq aşağıdakı məlumatlarla tanış olmağınız tövsiyə olunur:
1. İnvestisiya şirkəti tərəfindən açılacaq real hesablar və bu hesablarla aparılan bütün marja əməliyyatları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, Palatanın müəyyən etdiyi normativ xarakterli aktlara və digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.
2. Marja ticarəti riskli fəaliyyət növüdür. Kredit həddinin təsiri səbəbindən aşağı təminatla aparılan əməliyyatların bazarda sizin lehinizə olduğu kimi əleyhinizə də ola biləcəyi və buna görə də yüksək kredit həddinin sizə gəlir gətirə biləcəyi qədər zərərə də məruz qoya biləcəyi nəzərə alınmalıdır. Bazarda olan əks qiymət hərəkətləri nəticəsində investisiya şirkətinə yatırılan pul vəsaitlərinin itirilməsi riski mövcuddur.
3. Real hesablarla əməliyyat apararkən müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında aparılmış təhlillər heç də həmişə gözlənilən nəticələr verməyə bilər.
4. Alqı-satqı əməliyyatlarında sizə təqdim edilən qiymətlər və spredlər ən yaxşı qiymət fərqini əks etdirməyə bilər. Bu məqsədlə onları digər investisiya şirkətlərinin təklif etdiyi qiymətlərlə müqayisə etməyiniz məqsədəuyğundur.
5. Ticarət əməliyyatlarına başlamadan əvvəl investisiya şirkətindən əməliyyatlarla bağlı tətbiq ediləcək xidmət haqları (komissiya, svop və spred əlavələri) və fərq müqaviləsi roloveri barədə məlumat tələb edin. Həmin xərclər aydın qeyd edilmədikdə investisiya şirkətindən dəqiq, birmənalı başa düşülən formada və yazılı məlumatlandırma tələb etmək hüququna maliksiniz.
6. Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də qiymət boşluqları və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər.
7. Marja çağırışının hansı formada (platforma, mail və ya telefon vasitəsilə) ediləcəyi barədə məlumat alın. Sizə verilən məlumatların müqavilədə qeyd olunub-olunmadığını dəqiqləşdirin.
Bu sənəd marja ticarəti üzrə əməliyyatlara başlayarkən qarşılaşa biləcəyiniz ümumi risklər barədə sizi məlumatlandırmaq məqsədi daşıyır. Bu sənəd marja ticarətindən yaranan bütün riskləri əhatə etmir. Bu səbəbdən investisiyanızı bu növ əməliyyatlara yönəltmədən əvvəl bu sahəni ətraflı təhlil etməyiniz və investisiya şirkəti ilə bağlanılacaq müqaviləni diqqətlə oxumağınız tövsiyə edilir.
DEMO HESABDA ƏN AZI 30 ƏMƏLİYYAT HƏYATA KEÇİRMƏK TƏLƏBİ
Yeni qaydalara görə, müştərilər real ticarətə başlamadan əvvəl investisiya şirkətinin təqdim etdiyi və real bazar qiymətləri ilə işləyən təlim (demo) hesabından 5 iş günündən az olmamaq şərti ilə ümumilikdə ən azı 30 ticarət əməliyyatı həyata keçirməlidir.
Yeni qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
14 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
15 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək























