Ən yuxarı (mobil)_30

“Qlobal-Aqro”da son tamamlanma işləri görülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qlobal-Aqro”da son tamamlanma işləri görülür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kürdəmir rayonunun Pirili massivində 2000 ha sahədə “Qlobal-Aqro” MMC tərəfindən aqropark yaradılır.

 

Kürdəmir Rayon icra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, aqroparkda dənli bitkilərin saxlanılması üçün 18,9 min tonluq saxlama anbarı, ofis və laboratoriya binaları, 80 tonluq elektron tərəzi, illik istehsal gücü 15 min ton olan çeşidləmə, dərmanlama və qablaşdırma sahəsi, texnika üçün talvar, qurutma avadanlıqları inşa olunmuşdur. Bundan əlavə aqroparkda  yem və yağ emalı zavodlarının tikintisi nəzərdə tutulmuşdur.

 

Aqroparkda zəruri infrastruktur yaradılmış, 1 km məsafədən işıq xətti çəkilmiş, 1000 kvt-luq transformator quraşdırılmış, 1,5 km-dən qaz xətti çəkilmiş, yolu asfaltlanmışdır.

 

Aqroparkın texniki təchizatını təmin etmək üçün 26 ədəd yeni texnika alınmış, 28 ədəd sifariş olunmuşdur.

 

Bu il aqroparkda 200 hektar sahədə buğda, 900 hektar sahədə arpa, 30 hektar sahədə bostan əkilmişdir. Düzgün aparılmış aqrotexniki qulluğun nəticəsində yüksək məhsuldarlıq əldə edilmişdir.

 

Aqroparkda suvarmada yeri dəyişdirilə bilən “pivot” suvarma sistemindən istifadə olunur.

 

Aqroparkda son tamamlanma işləri görülür və ərazidə abadlıq işləri aparılır. Hazırda aqroparkda 60 nəfər işləyir, aqropark tam gücü ilə işlədikdən sonra 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

28.10.2019 12:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18