Türkiyə "mənfi"dən "sabit"ə qaldırıldı - "TÜRK LİRƏSİ "ÖLMƏDİ""
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", Türkiyənin kredit reytinqini "BB-" səviyyəsində təsdiq edib, reytinqin görünüşünü (eyni zamanda proqnozunu) isə "mənfi"dən "sabit"ə yüksəldib.
"Marja" xəbər verir ki, "Fitch" İyul ayında Türkiyənin kredit reytinqini "BB"dən "BB-"yə endirmiş, görünüşünü "mənfi" (neqativ) olaraq təsdiq etmişdi. Reytinq endiriminə səbəb olaraq da Mərkəzi Bankın sədri Murad Çetinkayanın vəzifədən azad edilməsi və S-400-lər səbəbilə ABŞ-dan ola biləcək sanksiya riskini göstərmişdi.
"Fitch" Oktyabr ayının əvvəlində Türkiyənin 2019-cu ildə artım proqnozunu - 1.1%-dən - 0.3%-ə dəyişmişdi.
"Fitch Ratings"dən verilən açıqlamada, Türkiyə iqtisadiyyatının sabitləşmə üzrə irəliləyiş qeyd etdiyi bildirilib, iyul ayından bəri risklərdə bir rahatlama olduğu vurğulanıb.
Açıqlamada, bu rahatlamalara səbəb olaraq, cari əməliyyatlar balanslaşmasının yaxşılaşması, valyuta ehtiyatlarının artması, iqtisadi artımın davam etməsi, inflyasiyanın düşməsi, faizlərin aşağı salınmasına baxmayaraq Türk lirəsinin dəyər qazanması, daha dəstəkləyici qlobal maliyyə şərtlərinin meydana gəlməsi və ABŞ-ın Suriya ilə əlaqədar Türkiyəyə sanksiya qərarı ləğv etməsi göstərilib.
Açıqlamada, Türk lirəsinin, Mərkəz Bankının 10 bənd faiz endirimi etməsinə baxmayaraq iyul ayından bəri ABŞ dollarına qarşı 5,48-5,92 arasında əməliyyat olunaraq sabit qaldığı xüsusi vurğulanıb.
Açıqlamada ölkənin xarici maliyyə ehtiyacının hələ yüksək və bir kövrəklik qaynağı olmağa davam etdiyi iddia edilib.
Geosiyasi risklərin, Türkiyənin reytinqi üzərindəki təsirinin davam etdiyinə yer verilən açıqlamada, Türkiyənin Suriyadakı hərbi əməliyyatının, daha geniş əhatəli bir qarşıdurma olmazsa, ölkənin kredit reytinqi üzərində əhəmiyyətli bir təsirinin olmasının gözlənilmədiyi ifadə edilib.
"Fitch2 Türkiyənin 2019-cu il artım proqnozunu yuxarı istiqamətli revizə edərək -0,3%-dən 0,8%-ə yüksəldib. "Fitch", ölkənin gələn il üçün artım təxmini isə 3,1% və 2021-ci il üçün də 3,6% olaraq açıqlayıb.
"Fitch", Türkiyədə inflyasiyanın gələn ilin sonunda 12%, 2021-ci ilin sonunda isə 10% olacağını təxmin edir.
İqtisadi görünüşün "mənfi"dən "sabit"ə qaldırılması, "Fitch"in 7 il fasilədən sonra Türkiyə iqtisadiyyatı barədə il müsbət qiymətləndirməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)





