
“Banklar haqqında” qanun dəyişir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında “Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanunun mahiyyəti ödəmə qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün qanuni bazanın yaradılmasıdır.
“Report”un verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib: "Problemlərin həlli yolları qanunda müəyyən edilməlidir. Hazırda cəmi iki qayda var. Bunlardan birincisi, səhmdarların əlavə vəsait qoymasıdır. İkincisi isə, sistem əhəmiyyətli banklara dövlət tərəfindən dəstəyin verilməsidir. Lakin burada da kifayət qədər məqbul alətlər yox idi. Ona görə yeni alətlər təklif etmişik”.
"Birincisi, bankın öhdəliklərini könüllü restrukturizasiyasıdır. Bu, bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur. Bundan başqa, qanun layihəsi bankların geniş rezolyusiyasını nəzərdə tutur. Rezolyusiya ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə bu qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, "körpü bank"ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini "körpü bank"a köçürülməsi və "körpü bank"ın investora satılması üzrə həyata keçirilən tədbirlər, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsidir", - deyə Palatanın sədri qeyd edib.
R.Aslanlı bildirib ki, qanun layihəsi üzərində 1 il iş gedib. Rezolyusiya müəyyən məsələyə yeni həll tapmaq deməkdir. Rezolyusiya artıq könüllü deyil, icbari sağlamlaşdırmanı nəzərdə tutur. Bunun üçün bir neçə vasitəsi var. Bank səhmdarlarının, idarə edilməsində iştirak etmiş inzibatçıların, rəhbərlərin depozitlərinin icbari qaydada kapitala transformasiya edilməsi, səhmlərin icbari satılması, bazardan kənardan əlavə kapitalın cəlb olunması və aktiv və öhdəliklərin birlikdə yaxud ayrılıqda digər investorlara satılmaqla banka əlavə maliyyə tapılması nəzərdə tutulur. Bütövlükdə digər banka satılması kimi alətlər var. "Körpü bank" vasitəsilə aktiv və öhdəliklərini tənzimlənməsi vasitələri var. "Körpü bank" tənzimləyici tərəfindən qısa müddətə yaradılır. Əlavə səhmdar kapitalı tələbi yoxdur, Palata "körpü bank"ın təssiçisi və yeganə səhmdarı hesab olunur.
"Bundan başqa, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması prosedurlarının yeni təkliflərlə təkmilləşdirilməsini daha təfərrütla təklif etmişik. Dəyişiklik sistem əhəmiyyətli bankların sağlamlaşdırılması tədbirləri üçün daha geniş alətlər nəzərdə tutur. Bu gün nəzərdə tutulub ki, aktiv və öhdəliklər birlikdə satılmalıdır. Bu isə bəzən lazımsız olur. Dünyada tətbiq olunan yeni alətlər də təkliflərdə əks olunub", - deyə R.Aslanlı vurğulayıb.
Həmçinin, məsuliyyətlə bağlı dəyişiklik edilir. Bank səhmdarlarının, idarəçilərinin, idarə edilməsində iştirak etmiş inzibatçıların ödəmə qabiliyyətini itirmiş bankın zərərini öz əmlakı ilə ödəmək şərtini müəyyən olunur. Bank müflis olursa, ödəmə qabiliyyətini itirirsə, sağlamlaşdırılması zamanı bank səhmdarlarının (söhbət iri səhmdarlardan gedir), bank rəhbərliyinin, idarəçilərin təkcə bankdakı deyil, mülkiyyətindəki əmlak zərərin ödənilməsi üçün istifadə olunacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
5 d. əvvəl
Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub
-
29 d. əvvəl
Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib
-
40 d. əvvəl
Dövlət satınalmaları 57 faiz, kotirovka sorğusu üzrə satınalmalar 2 dəfədən çox artıb
-
42 d. əvvəl
Macarıstan "Shell" ilə 10 illik qaz tədarükü müqaviləsi imzalayıb
-
42 d. əvvəl
"Botaş" və BP arasında LNG tədarükü haqqında üçillik müqavilə bağlanıb
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsrailin Qətərə hücumu və sanksiyalar barədə xəbərlər neftin qiymətini yüksəldib
-
1 saat əvvəl
"Facility Management Group" şirkəti şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatından sonra ucuzlaşıb
Ən çox oxunanlar

Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
