“Səba” şirkətinin rəhbərliyi, bankdan kredit götürülməsi, törəməsinin yaradılması barədə qərarlar veriləcək
Broyler cücələrinin sənaye üsulu ilə yetişdirilməsi, kəsimi və broyler ətinin satışı ilə məşğul olan “Səba” ASC-də bir neçə mühüm hadisələr gözlənilir.
“Marja” xəbər verir ki, 19 dekabr 2019-cu il tarixində “Səba” ASC səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Səhmdar cəmiyyətin nizamnaməsində 5-ci redaksiyada dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması barədə.
2. Səhmdar cəmiyyətin müşahidə şurası barədə.
3. Səhmdar cəmiyyətin idarə heyəti barədə.
4. Səhmdar cəmiyyətin bankdan kredit götürməsi üçün müraciət edilməsi barədə.
5. Cəmiyyətin səhmdar kapitalı haqqında.
6. Səhmdar cəmiyyətin yeni törəmə şirkətinin yaradılması barədə.
7. Digər məsələlər.
Yığıncaq “Səba” ASC-nin Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir
Məlumat üçün bildirək ki, “Səba” ASC-nin 21 səhmdarı var, onlardan 19-u fiziki şəxs və 2-si hüquqi şəxsdir. Ən böyük paya malik olan səhmdarlar “Bakı İnvestment Company” MMC (37.3101%), Quliyev Hidayət Məhiyyəddin oğlu (37.31%) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-dir (25%).
Hazırda “Səba” ASC-nin Müşahidə şurasının sədri Natiq Quliyev, Şuranın üzvləri Şakir Rəhimov, Clifford John, Elmar Abasov və Allahverdi Paşayevdir.
“Səba” ASC-nin İdarə Heyəti Sədr isə Fuad Ələkpərovdur, Nicat Nağıyev və Cavanşir Cəbrayılzadə isə üzvlərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















