"Bakcell" şirkətinə yeni kod ayrılıb
Azərbaycanın mobil rabitə operatoru “Bakcell”ə yeni operator kodu - 099 prefiksi, artıq bir neçə aydır ki, ayrılıb.
Bunu açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadənin sözlərinə görə, həmin operator kodunun istifadəsi mobil operatorun özündən asılıdır: "Bu müəyyən dərəcədə kommersiya sirridir ancaq Nazirlik olaraq bildiririk ki, 099 prefiksi artıq ayrılıb və "Bakcell" müqavilə bağladıqdan sonra bunu istifadə edə bilər. Amma istifadənin təşkili şirkətin özünün fəaliyyətindən asılıdır".
Xatırladaq ki, bu ilin avqustunda NRYTN-nin "Bakcell" şirkətinə 099 prefiksini verməməsi ilə bağlı məlumat yayılmışdı.
NRYTN-dən “Azercell Telekom”, həmçinin “Bakcell” MMC-lərdən yeni kodların və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətlər daxil olduğu bildirilmişdi və yeni kodların və nömrələrin MMC-lərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparıldığı qeyd edilmişdi. "Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaq", - Nazirliyin məlumatında deyilirdi.
Beləliklə, “Bakcell” iki operator koduna (055 və 099) malikdi.
Qeyd edək ki, ölkənin digər mobil rabitə operatoru olan "Azercell"in də 050 və 051 operator kodlarından başqa yeni - 010 prefiksi istifadəyə verəcəyi gözlənilir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








