Bakıda ilk dəfə dünyanın ən nüfuzlu biznes konsultantlarından birinin iştirakı ilə biznes forum keçirilib!
(®) “Volvo”, “Visa”, “Bank of America”, “Coca-Сola”, “Sberbank” kimi məşhur şirkətlərin rəhbərlərini konsultasiya edən Doktor İtsxak Adizes Bakıda keçirilən “Təşkilatın uğur formulu” adlı biznes forumda çıxış edib.
Dünya şöhrətli eksperti bu forumda 200-dən çox şirkət qurucusu və böyük şirkətlərin aparıcı vəzifələrində çalışan nümayəndələri dinləyib.
İtsxak Adizes bazarda lider olmağın, effektiv menecment sisteminin qurulması, uğurlu idarəetmə vasitələrinin tətbiqi üzrə innovativ yanaşma kimi şirkət inkişafında əhəmiyyətli rol oynayan mövzulardan danışıb. O, çıxışında fərqli insanları bir araya gətirərək onlardan güclü komanda yaratmağın effektivliyini də vurğulayıb.
“Holmes Report” şirkəti Roma Papası Fransisk, Dalay Lama, Almaniyanın Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Kanadanın baş naziri Castin Trüdo ilə yanaşı Dr. İtsxak Adizesi “2017-ci ilin ən yaxşı ünsiyyətcili” adlandırıb. Bunu təsadüf adlandırmaq olmaz. Menecment sahəsinin əfsanəsi, dünyanın ən nüfuzlu biznes-konsultantlarından biri olan İtsxak Adizes 52 ölkədə 2000-dən çox təşkilatın tətbiq etdiyi metodologiyanın müəllifidir.
Dr. İtsxak Adizesin zəngin təcrübəsinə hökumət və dövlət rəsmiləri ilə iş də daxildir. O, İsrail, İsveç, Braziliya, Meksika, Çernoqoriya, Qazaxıstan kimi hökumət üzvlərini konsultasiya edərək, məsləhətlərini verib.
“Təşkilatın uğur formulu” forumunda İtsxak Adizes ilə yanaşı sahibkarlıq sahəsində 15 illik iş təcrübəsinə malik peşəkar idarəçi, Azərbaycanda Adizes İnstitutunun konsultantı və təlimçisi Pavel Belorusski də çıxış edib. O, Adizes metodologiyasının praktiki alətləri barədə danışıb. Forumda bu metodologiyanı artıq öz şirkətlərində sınaqdan keçirən rəhbərlər bu təcrübəni tədbir iştirakçıları ilə paylaşıblar.
“Təşkilatın uğur formulu” forumunun sonunda tədbir iştirakçılarının dünya şöhrətli ekspertlə sual-cavab sessiyasında iştirak etmək fürsəti də olub.
Forumun baş sponsoru – Pasha Bank, sponsorları – GILAN Holding və Italdizain. Partnyorlar – ADA Foundation, Express Group, ABTC.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























