"Mən bunu bilsəydim...” adlı tədbir keçiriləcək - 4 biznes sahibi təcrübələrini bölüşəcək
Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində "Mən bunu bilsəydim" adlı tədbir keçiriləcək.
20 Noyabr tarixində baş tutacaq tədbir "Davos" formatında tərtib olunaraq 4 biznes sahibinin öz bilik və təcrübələrini bölüşəcəyi panel müzakirələrindən ibarət olacaq. Spikerlər sahibkarlıq fəaliyyətinə uzun müddət öncə başlayan şəxslər olaraq panel çıxışlarında öz bilikləri, iş təcrübələri ilə və biznes həyatları ilə bağlı dedikləri “Mən bunu bilsəydim...” cümləsinin davamını bölüşəcəklər.
Tədbirin spikerləri “Energie Mondiale” şirkətinin təsisçisi və direktoru olan Elvin Mahmudov, 2008-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İstehlakçıları Assosiasiyası”nın sədr müavini, xanım sahibkar Jalə Əmirbəyova, Aqrarkredit QSC Bank, İdarə Heyəti Sədrinin baş məsləhətçisi Turhan Poyraz və Antaris şirkətinin CEO-u Balağa Cəfərov olacaq. Panel müzakirələrinin moderatoru isə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin direktoru Əhəd Kazımovdur.
Landmark III Rotunda zalında baş tutacaq tədbirdə iştirak etmək üçün www.mbm.youthinc.az ünvanı ilə qeydiyyatdan keçmək kifayətdir.
Qeyd edək ki, “Qlobal Sahibkarlıq Həftəsi” 2008-ci ildə təsis edilib və artıq dünyanın 160 ölkəsini əhatə edir və ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyəyini qeyd edən vacib hadisədir. "Mən bunu bilsəydim" adlı tədbir Azərbaycan Sahibkarlıq Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























