Novruzda Trabzonu ziyarət edən azərbaycanlı turistlərin sayı açıqlanıb
Novruz tətilində Türkiyənin Trabzon şəhərini 2-3 min azərbaycanlı və iranlı turist ziyarət edib. Bunu Trabzon Mədəniyyət və Turizm İdarəsinin müdiri Ali Ayvazoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İrandan gələn turistlərin diqqətini daha çox Uzungöl və Ayder dərəsi çəkib.
"Turistlərin əksəriyyəti Trabzona Gürcüstan üzərindən avtomobillə gəlib. Onların diqqətini daha çox Uzungöl və Ayder dərəsi çəkib. Təbii ki, tarixi məkanlar da diqqətdən kənarda qalmayıb. Təbii ki, azərbaycanlı və iranlı turistlərin Trabzona səfər etməsi turizmin inkişafını canlandırır. Otellərdə boş yer yox idi. Buna görə də bölgəmizin turizm potensialını daha da tanıtmaq üçün əlimizdən gələni edəcəyik. ", - deyə o bildirib.
O əlavə edib ki, rəhbərlik etdiyi qurum azərbaycanlı turistlərin cəlbi üçün Azərbaycanda keçiriləcək sərgilərdə iştirak etmək niyyətindədir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 20 d. əvvəl
- 24 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















