Bank müştərisi restrukturizasiyadan sonra ayda 43 qəpik kredit ödəyəcək
Unibank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq, restrukturizasiya prosesini davam etdirir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 30 milyon manata çatıb.
Nizami Əkbərov Prezident fərmanından faydalanan Unibank müştərilərindən biridir. "Unibank"dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, restrukturizasiya müqaviləsi imzaladığı anda onun 524 manatlıq cərimə məbləği silinib. Müqavilədən sonra müştərinin aylıq kredit ödənişi 4 dəfəyədək azalıb. İlk bir il ərzində isə Unibank müştərisi banka ayda cəmi 43 qəpik kredit ödənişi edəcək.
Restrukturizasiya prosesi başlayandan, minlərlə Unibank müştərisi aylıq ödənişlərini dəfələrlə azaldan, cərimə məbləğinin anında silinməsinə imkan yaradan restrukturizasiya müqaviləsinə imza atıb.
Restrukturizasiya prosesi müştəriyə aşağıdakı üstünlükləri verir:
-Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir;
-Aylıq ödənişi 3-4 dəfəyədək azalır;
-İlk il yalnız faiz məbləği ödəndiyindən, müştərinin ödənişi çox cüzi məbləğ təşkil edir;
-Müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsi formalaşır.
Restrukturizasiya prosesini daha sürətli və keyfiyyətlə icra etmək məqsədilə, Unibank filialları ötən həftədən gücləndirilmiş iş rejiminə keçib. Bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejimində işləməklə yanaşı, bazar günləri də müştərilərə xidmət edir.
Həftəiçi ilə yanaşı, şənbə və bazar günləri səhər saat 10.00-dan axşam 18.00-dək bankın “Sumqayıt”, “Dərnəgül” filialları, “Aquapark” məntəqəsi (Bankın baş idarəsinin yanı) və Region filialları restrukturizasiya ilə bağlı müştərilərə xidmət göstərir.
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir.
Restrukturizasiya prosesinin bitməsinə cəmi 2 həftə qalıb. Unibank, hələ də restrukturizasiyası müqaviləsi imzalamayan müştərilərini tezliklə bank filiallarına yaxınlaşaraq, bu fürsətdən faydalanmağa çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 45 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)






.jpg)








