İri tikinti şirkətlərindən birində mühüm dəyişikliklər ediləcək - YENİLƏNİB
Bölgədə fəaliyyət göstərən və baş ofisi Bakıda yerləşən təcrübəli tikinti şirkətlərindən biri “AKELIK GROUP”da bir sıra mühüm dəyişikliklər nəzərdə tutulur.
“Marja” xəbər verir ki, 13 yanvar 2020-ci il tarixində AKELIK GROUP” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “AKELIK GROUP” ASC-nin yenidən təşkili, təşkilati-hüquqi formasını dəyişərək “AKELIK GROUP” MMC-yə çevrilməsi.
2. Direktorun təyin edilməsi.
3. Nizamnamə kapitalının müəyyənləşdirilməsi.
4. Nizamnamənin yeni redaksiyada təsdiq olunması.
İclas şirkətin Bakı, Əhməd Rəcəbli küçəsi 2, mənzil 26-da yerləşən Baş ofisində keçiriləcək.
Məlumat üçün bildirək ki, 6 sentyabr 2018-ci il tarixində "ALKE İnşaat Sanaye və Ticaret" ASC-nin təsisçiləri şirkətdə struktur dəyişiklikləri etməyi qərara alıblar. Şirkətin adı "ALKE İnşaat Sanaye ve Ticaret" ASC-dən “AKELİK GROUP "ASC-yə dəyişdirilib. Qeyd olunan tarixdə, şirkətin nizamnamə kapitalının tədricən 100 milyon dollara (hazırda nizamnamə kapitalı 33 milyon manat) artırılmasına qərar verilib. Səsvermə prosesində Süleyman Babayev “AKELİK GROUP"ASC-nin İdarə Heyətinin sədri seçilib.
“AKELİK GROUP" ASC Azərbaycanın xaricində - Gürcüstan, Qazaxıstan, Litva, Albaniya, Tacikistan, Ukrayna və Özbəkistanda həyata keçirilən layihələri icra edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























