“PAŞA Həyat Sığorta”nın dəstəyi ilə kitabların təqdimatı keçirilib
(®) Dekabrın 16-da “JW Marriott Absheron” otelində “PAŞA Həyat Sığorta” şirkətinin dəstəyi ilə “Gəncə - Nizami yurdu”, “Qədim və gözəl Qarabağ” və “Azərbaycan inciləri” adlı kitablarının təqdimatı keçirilib.
Yeni nəşrlər Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi, “PAŞA Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, "Paşa Həyat Sığorta" ASC-nin İdarə Həyətinin sədri Niyaz İsmayılov, layihə rəhbəri, Əməkdar jurnalist Musa Mərcanlı, "Gəncə Nizami yurdu" kitabının elmi redaktoru, Şuşa Şəhər İcra Hakimiyyətin başçısı Bayram Səfərov və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, layihənin önəmini vurğulayıblar.
Azərbaycanın ikinci böyük şəhəri, tarixi və mədəni irsi zəngin, bir çox dahilərin vətəni olan Gəncə haqqında isə “Gəncə - Nizami yurdu” adlı kitab hazırlanaraq oxucuların ixtiyarına verilib.
Qarabağ mövzusunda layihə çərçivəsində işıq üzü görən “Qədim və gözəl Qarabağ” kitab 2016-cı ildə nəşr edilmiş “Qarabağ - əsirlərin salnaməsi”nə ictimaiyyətin xüsusi marağı nəzərə alınaraq çap edilib.
"Azərbaycan inciləri” kitabı Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın dəstəyi ilə xüsusi olaraq UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası üçün fransız və ingilis dillərində hazırlanıb.
Qeyd edək ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsirlərin salnaməsi” adlı kitablar işıq üzü görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)

