Avropa bankı Azərbaycanın mebel şirkətinə böyük məbləğdə borc verir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın mebel istehsalçısı “Saloğlu” şirkətinə 7,6 milyon manat ( 4 milyon avro) kredit ayıracaq.
“Marja” AYİB-ə istinadən xəbər verir ki, AZN ekvivalentində ayrılacaq 4 milyon avro kredit yeni istehsal fabriki, yeni anbar və flaqman satış mağazasının tikintisinin maliyyələşdirilməsi üçün sərf ediləcək.
“Bu kredit şirkətə enerji səmərəli istehsal fabriki, anbar və paytaxt Bakı şəhərində flaqman satış mağazası qurmağa imkan verəcək. Təchizat zənciri və inventar idarəetmə sistemini təkmilləşdirmək üçün “Saloğlu” həmçinin Cənubi Koreyanın AYİB Kiçik Biznesə Təsir Fondu vasitəsilə maliyyələşdirdiyi beynəlxalq məsləhət layihəsindən də bəhrələnəcək”,- məlumatda deyilir.
2000-ci ildə təsis edilmiş şirkət matras və divan kimi hissələr də daxil olmaqla, yumşaq, qonaq və yataq otaqları üçün mebel dəstlərinin istehsalında ixtisaslaşmışdır. “Saloğlu” həm də Azərbaycanda Türkiyə və ABŞ mebel brendlərinin distribütoru kimi çıxış edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















