Bakıda da şöbələri olan Türkiyə şirkəti borc iddialarına cavab verdi
Bakıda da şöbələri olan “Simit Sarayı"nın 500 milyon dollar borcu olduğu barədə iddialara münasibət bildirilib.
"Marja" xəbər verir ki, "Simit Sarayı"nın İdarə heyətinin sədri Abdullah Kavukcu bildirib ki, "Simit Sarayı"nın iddia edildiyi kimi 500 milyon dollar borcu yoxdur: "Bütün banklara borcumuz, bu iddia olunan rəqəmin üçdə biri belə deyil. İstifadə etdiyimiz kreditlərin 80%-ini də özəl banklar vasitəsilə təmin edilmişdir".
Abdullah Kavukcu bildirib ki, "Simit Sarayı"nın böyüdülməsi üçün hazırda yerli və xarici bir çox fondlar ilə danışıqlar aparılır. Onun sözlərinə görə, markanın dəyərinin artırılması planlaşdırılır.
Abdullah Kavukcu açıqlamasında "Ziraat Bankası"nın "Simit Sarayı"nı alacağı barədə məsələyə toxunmayıb.
Hazırda "Simit Sarayı" 25 ölkədə şöbəsi və 11 min 250 işçisi var. "Simit Sarayı" 2005-ci ildə dünyanın ilk simit fabrikini qurub.
Türkiyə mətbuatında çıxmış xəbərlərdə "Simit Sarayı"nın 500 milyon dollar borcu olduğu və "Ziraat Bankası" tərəfindən xilas ediləcəyi iddia edilmişdi. Şirkətin səhmlərinin 51%-nin də Bankın nəzarətinə keçəcəyi qeyd edilmişdi.
Həmçinin Türkiyənin Rəqabət Təşkilatının saytında "Ziraat Bankası"nın "Simit Sarayı"nı alacağı barədə elan yerləşdirilmişdi. "Ziraat Finans Grubu"na bağlı "Ziraat Girişim Sermayesi Yatırım Ortaklığı" (Ziraat GSYO) keçən həftə "Simit Sarayı"nın 51%-ini almaq üçün Rəqabət təşkilatına müraciət edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, mətbuat mənsublarına etdiyi açıqlamada ""Ziraat Bankası"nın "Simit Sarayı"nı almasını tövsiyə etmirəm" ifadələrini istifadə edib. Ərdoğanın bu açıqlamasının ardından Rəqabət Təşkilatının saytında yerləşdirilmiş təhvilalma müraciətinə aid elan silinib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















.jpg)


