"İdxal rüsumunun 15%-dən 0%-ə endirilməsi 500 müəssisəyə dəstək olacaqdır"
Azərbaycanda Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilməsi qeyri-neft sektorunda istehsal həcminin artırılması, yerli və milli məhsulların həm daxili bazarda, həm də xarici bazarda rəqabətqabiliyyətli olmasına səbəb olacaqdır. Nazirlər Kabinetinin qərarında xammalların nomenklatura kodlarının tərkib hissəsinə baxdıqda müəyyən olunur ki, ölkəmizin ağır sənayesi, o cümlədən qida sənayesinin son məhsul buraxılışının daha da artırılmasına hesablanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirir ki, qərar Azərbaycanda hazırda istehsal olunmayan və yaxın gələcəkdə də gözlənilməyən xammallara yanaşmanı özündə tərənnüm edir:
“Ölkəmizin qeyri-neft sənayesi son illər dinamik sürətlə artım statistikasına malikdir. Prezident İlham Əliyevin mətbuat nümayəndələri ilə görüşündə qeyd etdiyi məqamlarda, ixracın artımına mane olan səbəb kimi, daxili istehlakın artmasını xüsusi vurğulayıb. Təbii ki, bu əhalinin alıcılıq qabiliyyətinin artması, məşğulluğun artırılması ilə əlaqədar olaraq yaxşı xəbərdir. Amma ölkəmizin qeyri-neft sektoru xətti ilə yaranacaq valyuta artımına xüsusi ehtiyac var. Xarici valyuta maktoiqtisadi sabitlik üçün əsas zəminlərdən biridir. Bu baxımdan, idxal rüsumunun 15%-dən 0%-ə endirilməsi, bu xammalardan istifadə edən 500 müəssisənin istehsal həcmini artıracaq, son nəticədə ixrac həcminin yüksəlməsinə dəstək olacaqdır.”
N. Hacızadənin sözlərinə görə, qərarın ixracla bağlı olan hissəsində ferroərintilər üçün ixrac rüsumun 5%-dən 0%-ə endirilməsi ölkədə yenicə istehsala başlayan müəssisələr üçün əlavə imkan yaradacaq. Rüsumun bu vaxta qədər tətbiq edilməsi daxili bazarda tələbatın çox olması ilə əlaqədardır. Artıq 2018-ci ildə Sumqayıt Kimya Sənayesi Parkında açılışı olan ferroərintilər zavodunun tam gücü var ki, xarici bazarlarda təmin etsin.
Qeyd edək ki, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ə dəyişikliklə bağlı qərarda qeyd edilən 500 müəssisə ölkəmizin qeyri-neft sənayesində əsas istehsal gücünə və ixrac potensialına malik olduğundan, son dəyişikliklər 2020-ci ilin qeyri-neft ixracında 2019-cu illə nisbətdə artıma səbəb olacaqdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 10 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
19 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım














.jpg)






.jpg)







