“Amrahbank”da təlim keçirilib
28-31 mart 2017-cı il tarixilərində Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı: peşəkar karyeraya aparan yol” layihəsi üzrə növbəti təlimlər keçirilib.
Maliyyə mövzuları üzrə təlimlər Mərkəzi Bankın təcrübə proqramının iştirakçıları üçün nəzərdə tutulmuşdur.
"İlkin olaraq Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, Əmanətlərin Sığortalanması Fondunda başlamış təlimlər, 30 mart 2017-cı il tarixində “Amrahbank”ın baş ofisində həyata keçirilib. Təlimdə iştirak edən 22 iştirakçı bank sahəsi ilə əlaqəli mövzularda biliklərini bir daha təkmilləşdirdilər. “Amrahbank”ın peşəkar əməkdaşları tərəfindən Azərbaycanda bank sistemi, “Amrahbank”ın təşkilati strukturu, bank əməliyyatlarına aid aktual mövzular üzrə məlumatlar verilib. Tədbir maraqlı müzakirələrlə yadda qaldı, layihə iştirakçılarına təhsil və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verildi.. Sonda iştirakçılara hədiyyələr paylanıldı, xatirə foto şəkilləri çəkilib",- “Amrahbank”dan "Marja"ya bildirilib.
Onu da qeyd edək ki, “Amrahbank” ASC 2014-cü ildən başlayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində keçirilən müxtəlif tədbirlərdə aktiv iştirak edir.
Amrahbank rəhbərliyi inanır ki, Mərkəzi Bank tərəfindən maliyyə təhsilinin artırılması üzrə görülən işlər və layihələr, gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevirilməsinə və ölkə iqtisadiyyatının daha da güclənməsinə verilən bir töhfə olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























