AQTA spirtli içkilərlə bağlı məlumat yaydı
“Son günlər insan həyatının itirilməsi ilə nəticələnən küstar üsulla hazırlanmış «Chivas Regal 12» əmtəə nişanlı spirtli içkilərin təhlükəsi ilə bağlı məlumatları, yəqin ki, hamınız oxudunuz. Məncə, «Baku City» və «Everest» restoranlarının işbazlarla əlaqəyə girib bu cür cinayəti törətməsi hər bir vətəndaşın etirazına və ictimai qınağa səbəb olacaq. Həmin hadisənin kompleks araşdırılması zamanı bir sıra detallar üzə çıxdı”.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində “Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbarda “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunmuşdu. Bu fakt əslində hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir:
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” sipirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan (0.05%) dəfələrlə yüksək (76,6%) və insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olunub. Metil spirti güclü zəhərli maddədir və ilk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır. Ümumiyyətlə, 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir.
Adları qeyd olunan saxta içkilərdən insanları qoruyaq. Kimsə ucuz olduğu üçün bu içkiləri alıb bayram günündə istifadə etməyi düşünürsə, həmin şəxslər bunun özləri və yaxınları üçün faciə ilə bitəcəyini bilməlidirlər. Özümüzü və yaxınlarımızı bu cür dələduzların, işbazların, insanlıqdan uzaq əməllərindən qorumaq üçün son dərəcə ehtiyatlı olmalıyıq. Belə qanunazidd hallarla üzləşdikdə isə müvafiq qurumlara - Baş Prokurorluğun (102) 498-10-54 nömrəli əlaqə vasitəsinə və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır. Eyni zamanda hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
5 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
6 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda

























