PAŞA Bank yeni onlayn Smart Faktorinq məhsulunu təqdim edir
(®) Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün müştərilərin ehtiyacları əsasında hazırlanmış yeni onlayn Smart Faktorinq məhsulunu təqdim edir.
Təkmilləşdirilmiş onlayn Smart Faktorinq məhsulu vasitəsilə Təchizatçı satdığı məhsul və xidmətlər üçün ödənişi Bankdan dərhal alır, Alıcı isə məhsul və xidmət haqqını razılaşdırılmış vaxtda ödəyir.
Smart Faktorinq məhsulu biznes tərəfdaşlarına dövriyyə vəsaitinin daha effektiv idarə olunması, daha aşağı faiz dərəcəsi, bütün əməliyyatlara onlayn nəzarət kimi bir sıra üstünlükləri təklif edir. Smart Faktorinqin faiz dərəcəsi məbləğdən asılı olaraq, illik maksimal 12% təşkil edir. Eyni zamanda, faktorinq xidmətini təqdim edən məhdud sayda şirkətlərdən fərqli olaraq, PAŞA Bank minimal müddət tətbiq etmir və alıcıya ödənişi həyata keçirmək üçün 120 günədək vaxt ayırır.
Heç bir sənədin tələb edilmədiyi bu onlayn xidmət yalnız PAŞA Bank tərəfindən müştərilərə təqdim olunur.
PAŞA Bankın sahibkarlara təqdim etdiyi faktorinq xidmətləri haqqında daha ətraflı məlumatla tanış olmaq üçün bu keçiddən istifadə edin: https://www.pashabank.az/sme_banking/az/sme_factoring_services
Smart Faktorinq, eləcə də bütün məhsul və xidmət çeşidləri barədə ətraflı məlumat almaq və ya Onlayn Bank sisteminə daxil olmaq üçün bu keçiddən istifadə edin: https://pashabank.digital/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
4 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
5 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















