SOCAR-dan işçilərin etirazı ilə bağlı - AÇIQLAMA
“Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun modernizasiya layihəsində çalışan Türkiyənin “Üstay” şirkəti SOCAR-ın nəzdində deyil, podratçı şirkətdir.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov qeyd edib.
O, Türkiyə şirkətinin zavodda gördüyü işlər zamanı çalışmış, lakin müqavilə müddəti bitmiş işçilərinin etirazı ilə bağlı bildirib ki, müqavilə vatı bitmiş işçilərə kompensasiya verilməməsi qaydasına baxmayaraq, “Üstay” şirkəti onlara da əlavə ödəniş edəcək:
“Üstay" şirkətindən bizə verilən məlumata görə, qayda belədir ki, şirkət müqaviləyə müddətdən əvvəl xitam verdikdə işçilərə kompensasiya verir, amma müqavilənin müddəti sadəcə başa çatdıqda kompensasiya verilmir. Müqavilənin vaxtı bitən insanlar etiraz ediblər və “Üstay” rəhbərliyi onlara da müqavilədə nəzərdə tutulandan əlavə ödəniş verəcəyini bəyan edib.
SOCAR, bir qayda olaraq, bütün tərəfdaş şirkətlərdən tələb edir ki, Azərbaycan vətəndaşlarının bütün hüquqları məhz ölkəmizin qanunvericiliyi əsasında yüksək səviyyədə təmin olunsun. Hazırda bu istiqamətdə şirkətlər arasında hər hansı fikir ayrılığı yoxdur”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
26 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 29 d. əvvəl
-
-
34 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
39 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb





























