Professor SOCAR-a "yaxşı" qiymətini verdi
“SOCAR-ın 2019-cu il üzrə fəaliyyəti uğurludur”
Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üzrə göstəricilərini açıqlayıb.
Hesabata görə, 2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlardan 7,7 mln. ton neft, 6,8 mlrd. kubmetr qaz hasil edib. Şirkətin qaz hasilatı 2018-ci ildən 4,5%, neft hasilatı isə 1,8% artıq olub.
Hesabata əsasən, 2019-cu ildə Azərbaycanda təbii qazın ümumi daxili istehlakı 918 milyon kubmetr və ya 8,7% artaraq 11,5 mlrd. kubmetr təşkil edib. Ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində əhali arasında qaz istehlakının səviyyəsi də təxminən 8,5% artıb. 2019-cu ildə SOCAR təqribən 2,2 mln. ton neft emalı və neft-kimya məhsulları ixrac edib ki, bu da əvvəlki illə müqayisədə təqribən 22% artım deməkdir.
Bildirilib ki, neft və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və “SOCAR-Polymer” kompleksinin fəaliyyəti, eləcə də SOCAR-ın Metanol zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.
Eldar Süleymanov:
“SOCAR-ın 2019-cu il üçün fəaliyyətini müsbət qiymətləndirirəm".
Bəs ekspertlər SOCAR-ın bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirir?
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-Neft Mədən fakültəsinin professoru Eldar Süleymanov SOCAR-ın 2019-cu il üztə fəaliyyətinin uğurlu olduğunu bildirib.
“SOCAR-ın 2019-cu il üçün fəaliyyətini müsbət qiymətləndirirəm.Neft-qaz hasilatında artım varsa, deməli qazma həyata keçirilir, hasilat da normal templə artır. Bu artım faizləri yaxşı göstəricilərdir. SOCAR-ın faiz göstəriciləri çox normal artım faizləridir. Bu, həm də o deməkdir ki, işlər plan üzrə gedir”.
E. Süleymanovun fikrincə, işlərin planlaşdırılmış şəkildə aparılması göstərir ki, yeni quyuların qazılması, onların istismara verilməsi, neftin və qazın nəqli, həmçinin digər proseslər layihə üzrə davam etdirilir: “Bunlar müsbət göstəricilərdir”.
Professor bildirib ki, neft emalı və neft-kimya məhsullarının ixracının 22 faiz artması isə SOCAR-ın yeni bazarlara çıxmasının göstəricisidir. “Şirkətin neft-kimya məhsullarının ixracında 22 faiz artıma nail olması kiçik göstərici deyil. Bu, çox böyük rəqəmdir. Əgər bu sahədə bu həcmdə, artım varsa, deməli SOCAR yeni xarici bazarlara çıxıb, istehsal etdiyi məhsulların satışı üçün yeni imkanlar yaradıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
6 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
6 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
6 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











