Azərbaycan vətəndaşları Hindistana səfər üçün elektron viza əldə edə biləcəklər
Hindistan tərəfindən elan olunan yeni viza qaydalarına əsasən Azərbaycan vətəndaşları istirahət, gəzinti, dostlarına və qohumlarına baş çəkmək, qısamüddətli tibbi müalicə və qeyri-müntəzəm iş səfərləri məqsədilə elektron viza əldə edə biləcəklər. Elektron viza üçün onlayn müraciət aşağıdakı internet səhifəsindən həyata keçirilir:
https://indianvisaonline.gov.in/evisa/Registration
Hindistan səfirliyindən bildirilib ki, Azərbaycan vətəndaşları üçün elektron viza haqqına 50 ABŞ dolları və əlavə olaraq bank köçürülməsi xərcləri daxildir. Elektron vizanın etibarlılıq müddəti Hindistana gəliş günündən etibarən 60 gün təşkil edir. Elektron turist və elektron biznes vizalarına ikidəfəlik giriş icazəsi verilir. Elektron tibb vizasına isə üçdəfəlik giriş icazəsi verilir. Elektron viza bir təqvim ilində iki dəfə mümkündür. Müraciət edənlərdən Hindistana gəliş tarixindən ən azı 4 gün əvvəl onlayn müraciət etmələri tələb olunur.
Elektron viza sadələşdirilməsi Hindistan səfirliyi tərəfindən daha uzun müddət və xüsusi məqsədlər üçün təmin olunan mövcud viza xidmətlərinə əlavə olaraq həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)



