4-cü dəfə keçiriləcək SAT Forumun spikerləri açıqlandı
(®) Ölkədə 4-cü dəfə keçiriləcək və müasir satışın mümkün olan bütün üsullarının müzakirə olunacağı SAT Forum 15 Fevral, Hilton oteldə keçiriləcək.
Forumun məqsədi biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv strategiya istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır. Bu səbəbədən hər il davamlı fevral ayında təşkil olunan SAT Forum rəhbərlər və satış mütəxəssislərini bir araya yığır.
Bu il təşkil olunacaq SAT Forumda bu sahənin ekspertləri təcrübələrini iştirakçılarla bölüşəcək və qaranlıq məqamları müzakirə edərək aydınlıq gətirməyə çalışacaqlar.
SAT Forum Satış texnikaları və alətləri, Satış idarəetməsi üzrə 2 paneldən ibarət olacaq. Hər paneldə 1 moderator və 4 spiker olmaqla toplamda 10 nəfər ekspert çıxış edəcək:
Edqar Abdullayev (Azerconnect MMC - Müştəri Xidmətləri və Rəqəmsal xidmətlər İdarəsinin Direktoru );
Cəlalə Mustafayeva (166 Yükdaşıma və logistika və 156 evakuasiya şirkətində Problemli müştərilərlə iş üzrə menecer);
Sərxan Quliyev (Superfon - CEO, Sahibkar);
Rüfət Həsənov (Motivator Azərbaycan– Direktor);
Murad Qəhrəmanlı (SAT Group - Satış Direktoru);
Rüfət Hüseynov (Az-Granata - Kommersiya Direktoru);
Hacıağa Hacıyev (Cubics – Direktor);
Cavad Süleymanov (Texnomart - Direktor);
Azad Qəhrəmanlı (SAT Group - Direktor);
Elvin Dadaşsoy (Dadashsoy Business School - Co-founder).
Foruma biletləri +99455 209 91 55 nömrəsilə əlaqə saxlayaraq sifariş edə bilərsiniz. Biletin qiyməti 60 manatdır. Qiymətə Hilton otelin restoranında nahar və coffee-break fasiləsi daxildir. Çatdırılma pulsuzdur. Forum boyu twitter həştəqimiz #sat2020 aktiv olacaq. İstər Forumdan öncə, istərsə də Forum ərəfəsində öz suallarınızı, irad və təkliflərinizi həştəqi qeyd edərək twitter-dən yaza bilərsiniz.
Təşkilatçı: SAT Group (satgroup.az)
Çap və promo tərəfdaşı: Creatime (creatim.az)
Kreativ və dijital tərəfdaş: Morpho (morpho.az)
Tərəfdaş: Hostimul (hostimul.com)
Proqram tərəfdaşı: Logix (logix.az)
Media tərəfdaşlar: Marja.az, Financetime.az, Facemark.az, Baku.WS, Fins.az, Banco.az, Banker.az, Yeniavaz.com, SalamNews.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























