Bank BTB alternativ satış kanallarına üstünlük verir
® Rəqabətli bazar mühitində müştəriyə əlçatan xidmətlər təklif etmək məqsədilə Bank BTB alternativ satış kanallarının xidmət keyfiyyətini artırmaqda davam edir.
Bu gün onlayn kanalların təklif etdiyi funksiyalar imkan verir ki, müştəri banka gəlmədən, növbə gözləmədən istədiyi məhsul haqqında məlumat alsın.
Alternativ satış kanalları müştərilər üçün rahat olduğu qədər, rəqəmsal bankçılığın inkişafı, sənədləşmə proseslərininin asanlaşdırılması, müştəri məmnuniyyətinin təmin edilməsi, vaxt və xərclərə qənaət edilməsi baxımından Bank BTB üçün də olduqca prioritet məsələdir.
Belə ki, bankın xidmət göstərdiyi alternativ kanallarda hər bir müştəri ona rahat olan onlayn kanalı seçməklə aşağıdakı məlumatları asanlıqla əldə etmiş olacaq:
- bankımız haqqında ərtaflı məlumat;
- məhsul və xidmətlərimiz barədə məlumat;
- cari kampaniyalar və təqdim olunan şərtlər barədə dəqiq məlumatlar;
- növbəsiz, banka yaxınlaşmadan kredit müraciəti imkanı ;
- onlayn kredit müraciətlərinin sürətli təhlili;
- müraciətlərin operativ cavablandırılması;
- növbəsiz kredit rəsmiləşdirilməsi;
- kart tarifləri barədə məlumatların alınması,
- kart sifarişlərinin dərhal rəsmiləşdirilməsi və ya kart üzrə istənilən əməliyyatların icra edilməsi;
Alternativ onlayn kanallar həmçinin, Bank BTB-nin filial və ATM şəbəkəsi haqqında da məlumatları təqdim edir.
Əlavə olaraq, bu kanallar cari günün məzənnəsinin öyrənilməsi üçün ən rahat vasitədir. Onlayn kanalların ən əsas üstünlüyü onun məsafəli olmasıdır ki, bütün bu məlumatların əldə olunması üçün banka yaxınlaşmağa ehtiyac qalmır.
Bank BTB yuxarıda qeyd edilənlərlə yanaşı, bankın məhsul və xidmətləri üzrə müştəriləri maraqlandıran hər bir sualı cavablandırmağa hazırdır. Bunun üçün müştərilər, bankın Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə də müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli Məlumat Mərkəzi və www.btb.az rəsmi saytında onlayn konsultasiya xidməti də müştərilərə operativ xidmət göstərməkdədir.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
3 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
Ən çox oxunanlar
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə




















