ASAN məktub və GoldenPay-dən növbəti xeyriyyə əməkdaşlığı
® GoldenPay şirkəti hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıqlandırmağa çalışır.
Həm təhsillə bağlı, həm də ictimai mövzulara həssas reaksiya göstərərək bu mövzularda da, onlayn ödəmə şirkətləri arasında lider olduğunu bir daha sübut etmiş olur.
GoldenPay/Hesab.az və “ASAN Könüllüləri” Təşkilatının “ASAN məktub” sosial proqramı çərçivəsində növbəti xeyriyyə məqsədli əməkdaşlıq baş tutub.
Uşaqları sevindirmək və onların arzularını reallaşdırmaq məqsədilə GoldenPay / Hesab.az əməkdaşlarının təşəbbüsü ilə "Ümid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin uşaqlarından www.asanmektub.az saytına gələn 53 məktub öhdəliyə götürülüb və hədiyyələri alınmışdı.
GoldenPay / Hesab.az rəhbərliyinin və ASAN könüllülərinin iştirakı ilə sığınacağın balaca sakinləri hədiyyələrinə qovuşdular. Hədiyyələrinə qovuşan balaca uşaqların sevincinin həddi-hüdudu yox idi.
GoldenPay şirkətinin İdarə Heyətinin Sədri Naina Mehdiyeva bildirib ki, uşaqların üzlərindəki sevinci görmək və onların gülüşünə səbəb olmaq dünyanın ən qiymətli hissidir. Belə təmiz qəlbli uşaqlar Azərbaycanın gələcəyidir. Gələcəyimizin bu sahədə irəli getməsi üçün GoldenPay komandası olaraq əlimizdən gələni edəcəyik.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















