“Azəripək” barama pullarını gecikdirir, kədlinin həvəsi azalır
Ölkədə istehsal olunan baramanın qəbulu ilə məğul olan “Azəripək” kümçülərin (baramaçı) pullarını gecikdirib.
“Marja”nın məlumatına görə, bunu Baramaçıların Resbublika müşavirəsi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib.
İcra başçısı deyib:
“Barama məhsulu təhvil veriləndə 4 manat “Şəki İpək” (“Azəripək” MMC) tərəfindən ödənilir, 5 manat da dövlət tərəfindən subsidiya verilir. Bunlar birləşdirilib, eyni zamada nağd şəkildə verilsə yaxşı olar. Ötən il “Şəki İpək” kürdəmirli kümrükçülərin pullarını gecikdirdi. İnsanlar narahat olmağa başlamışdı, mən onları topladım və bildirdim ki, narahat olmayın pulunuz qəpiyinə qədər bir gün tez, bir gün gec ödəniləcək. Bu kimi problemlər həllini tapsa bu sahəyə həvəs daha da artacaq”.
Qeyd edək ki, ötən il kürdəmirli kümçülər 22,6 ton barama tədarük edib ki, bu da 2016-cı il ilə müqayisədə 6,3 dəfə çoxdur. Barama istehsalından rayon kümçüləri 204 min manata yaxın gəlir əldə ediblər.
Ötən il respublika üzrə 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir.
Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilir. Baramanın hər kiloqramı 4 manatdan qəbul edilir.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
1 d. əvvəl
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
- 16 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub








.jpg)













