Yelo Bank əməliyyat risklərini sığortalamaq üçün tender keçirir
® Yelo Bank 2020-ci il üçün Bankers Blanket Bond (BBB) əməliyyat risklərinin sığortalanması üzrə acıq tender elan edir.
Bankın yaydığı elanda deyilir ki, sığorta predmeti qismində sığortalının maliyyə əməliyyatları nəticəsində itkiyə maruz qala biləcəyi əmlak çıxış edir.
Aşağıdakı risklər sığorta olunmalıdır:
- İşçı dələduzluğu/Employee dishonesty
- Əmlak/On Premises
- Daşınma/In Transit
- Saxtalaşdırılmış çeklər/Forgery or Alteration
- Saxtalaşdırılmış qiymətli kağızlar/Securities
- Saxtalaşdırılmış valyuta/Counterfeited Currency
- Ofis və içindəkilər/Offices and Contents
- Hüquqi və məhkəmə xərcləri/Court Costs, Legal Counsel Fees and Legal Expenses
- Kompüter sistemləri/Computer Systems
- Prosesinq şirkətinin fəaliyyəti/Assured’s Service Bureau Operations
- Elektron kompüter proqramları/Electronic Computer Instructions
- Elektron məlumat bazası və daşıyıcılar/Electronic Data and Media
- Kompüter virusları/Computer Virus
- Elektron rabitə vasitələri/Electronic Communications
- Elektron ötürmələr/Electronic Transmissions
- Elektron qiymətli kağızlar/Electronic Securities
- Saxtalaşdırılmış şifahi göstərişlər nəticəsində itkilər/Voice Initiated Transfers
Bildiririk ki, təkliflərin qəbulu 21 fevral 2020-ci il tarixdə başlayır və 28 fevral 2020-ci il tarixdə yekunlaşacaq.
Fevralın 28-dək aşağıdakı məlumatlar təqdim edilməlidir:
- Tenderdə iştirak üçün yazılı müraciət
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
- Azərbaycan dilində tender təklifi
Sənədlər tender təklifi ilə birlikdə 28 fevral 2020-ci il tarixinə saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin küçəsi 30 ünvanında yerləşən Yelo Bankın baş ofisinə təqdim edilməlidir.
Əlavə suallarınız yaranarsa, 981 nömrəsi (dax. 1993, Fidan Kərimova) ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
28 d. əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
3 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
3 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Ən çox oxunanlar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib


























